"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev

27 сент. 2011 г.

Ümumdünya dəniz günü

1977-ci ilin noyabrında keçirilmiş Hökumətlərarası Dəniz Təşkilatı Assambleyasının 10-cu sessiyasında qərara alınmış “Ümumdünya Dəniz günü” 1978-ci ildən qeyd olunur. 1980-ci ilə kimi bu gün 17 martda qeyd olunurdu. Hazırki dövrdə isə bu gün sentyabrın axırıncı həftəsi qeyd olunur. Bu günün tarixi hər dövlət üçün həmin ölkənin Beynəlxalq Dəniz Təşkilatının üzvləri tərəfindən təyin olunur. Azərbaycanda isə bu tarix 29 sentyabra təsadüf edir.

18 сент. 2011 г.

18 sentyabr Milli Musiqi Günüdür

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd  olunması qərara alınmışdır.

15 сент. 2011 г.

Bilik Günü


           2004-cü ilə qədər bu gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.
Related Posts Plugin for WordPress, Blogger...

Krosword