Valideyn və müəllim elə insanlardır ki, onların
uşağın formalaşmasında çox böyük təsiri olur.
Adətən, valideynlərdə uşağı tərbiyə etmənin
iki üsulu olur. Birincisi kritikadır ki, bu
zaman çatışmayan cəhətlər söylənilir. İkincisi
isə tərifdir.
Valideynlər
uşaqlara onların yaşına müvafiq tələblər
verməli, nəinki həmin tələblərə əməl
olunmasına diqqət yetirməli, həm də onlara
müstəqillik verməli, ailə problemlərinin müzakirəsinə
cəlb etməli, uşaqları narahat edən məsələləri
onlarla birlikdə müzakirə etməlidir. Valideynlər
bu yolla uşaqlarda iradə və xarakterin
inkişafı, məsuliyyət hissinin formalaşması üçün
şərait yaradır.
Valideynlərin
uşaqların həyatındakı rolunu qiymətləndirmək
çətindir. Buna görə də çox istərdim
ki, onlar bunu başa düşsünlər və
uşaqların tərbiyəsində daha da yaxından
iştirak etsinlər.
Bu
səhifəni yaratmaqda məqsədim valideynlərlə münasibət qurmaq, onların
təklif və fikrlərini, arzularını bilməkdir.Şərhlərinizi gözləyirəm.

Комментариев нет:
Отправить комментарий