"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev

Qabiliyyət və istedad

     Hər  bir  yaş  dövrünün  öz  xüsusiyyətləri  var.Kiçik məktəblilərinin  bilik  sahələrinin marağı,yeniyetmənin xüsusi fəallığı və meyillərinin genişliyi, böyük məktəblinin özünü şüurlu sürətdə  tənzimlətmək meyili- bunların  hamısı  bu və  ya  digər  yaş  dövrünün  səciyyəvi xüsusiyyətləri  kimi qabiliyyətlərin  formalaşmasına  mühüm  təsir göstərir. Dahi  şairimiz  Nizami  Gəncəvinin  gözəl  kəlamı  yadıma  düşdü:" Gənclik  günəş  qədər  parlaq,  bulaq  qədər  təmiz,  dağlar  qədər  məğrur, axşam  ulduzlarının  yanması  kimi  alovlu,  yaratmaq, qurmaq eşqi  ilə  min  bir  nəğmə  qoşan  dodaqlardır, insan  ömrünə  yalnız  bir  dəfə  gələn  gül – çiçəkli  bahardır."
        Kurslar  arasında  sorğu  keçirtdim  və  bu  sorğuda  mənə  bəlli oldu  ki, tələbələrimiz  arasında  istedadlılar  var. Mən də  özümə borc  bilib burada  tələbələrin  qabiliyyətlərini dəyərləndirmək  istədim.
Şərhinizi bildirin!


                                     SUS SUS!!!
Sus ki,özünü daha çox dinləyəsən!               
                                                                        
   Sükutda özünübulmaq asanlaşır bəzən.Əslidə,bəlkə də axtardığın ‘o’sən deyilsən,yalniz qaranlıq sükutlarda,vicdanın kölgəsinə baş əydiyin ən kəskin məqamlarda görə biləcəyin,bəlkə də heç görə bilməyəcəyin başqa bir ‘sən’dir o.Bəzən ruhunun kölgəsində axtardığın üçün ömrün boyu bula bilmirsən onu.
    Gecələri sevirəm!
Gecələr,hərdən məndən çox uzaqlaşan hərdənsə bu qədər yaxınkən görə bilmədiyim ‘özüm’ü daha tez tanıyıram.Hərdən bu tanışlıq o qədər yaxın olur ki,onunla üz-üzə qalıram.Həmin an yalnız onun yaxasından yapışıb var gücümlə qışqırıb mənə etdiklərinə görə ondan hesab sormağa tələsirəm.O isə:”Sus!Gözlərində ruhumun ehtiyacı olduğu isbatı görürəm”-deyir.
   Bu sanki,ruhun edama məhkuluğu kimidir.Ruhun cismi olmadığı üçün acı hiss etmirsən amma yavaş-yavaş boğulursan.
Söyləyə bilmədiklərin,içində dərinliyə gömdüklərin boğar səni.
Bu elə bir dərinlikdir ki,həyatın caynağından qoparıb bir köşəyə atdığın,üstünü kül örtmüş ümidlərin hənirtisi gizlənər orda.Elə bir dərinlik ki,söylənməmiş,söyləyib də duydura bilmədiyin musiqinin həzin sədaları səslənər orda.Hansı ki,hərdən özün belə dinləməkdə çətinlik çəkərsən.
   Gecələri sevirəm!
  Gözlərimdə duyub vücudumda hiss etmədiyim yalnızlığın kölgəsi kimi sevirəm gecənin qaranlığını.Nəm çöllərin qoxusunu saçlarima hopduran küləyin pıçıltısını eşidənə kimi sevirəm gecənin səssizliyini.İçimdəki adamlardan,küçədəki adamsızlıqdan bezəndə sevirəm gecənin yalnızlığını.
Bəsdi!Boğuluram.Doğulandan başları qarınlarını doydurmağa,üst-başlarını geyindirməyə qarışmış insanlar boğur məni.Bəlkə,ona görə insanlar dünyaya ac və çılpaq gəlirlər?...Necə də mənasızdı yaşamaq,bunları düşündükcə.Sevdasını unutduğunda bitən musiqi kimi,hər kəsin qocalıb öləcəyini fikirləşəndə bitər həyat.Amma yenə də yaşamaq istəyirsən.......
   Hərdən içimdə təzəcə yeriməyə başlayan körpənin sevincini,hərdənsə həyatın yaxasından möhkəm yapışmış,ölümünü gözləyən qarının acısını hiss edirəm.Amma mən nə sevinəndə gülməyi, nə də acı hiss edəndə ağlamağı bacarıram.Ruhumu ağlayan körpə səsindən ağır heç nə titrədə bilməz!
   Gecələri sevirəm!
   Ətrafımda bu qədər insan varkən səncə niyə bu qədər tənhayam dostum?!Niyə hər şeyi mən ürəyimdə daha rahat edirəm?!Niyə ancaq gecələrin zülməti üstümə hüzn çəkməyə başlayanda içimə gömdüklərimi dilə gətirməyə başlayıram ?..Axı niyə?...Mən bilirəm!Məni səndən başqa kimsə dinləməyi bacarmadı dostum!Kimsə!

Sara Babayeva I 311a  məzun




                                      HƏYAT   YOLUM
EYYUBOVA ELNARƏ  İ 311A                                    

  
   Getsəmdə  bilmirəm  hara   gedirəm.
   Hərdən  ağlayıram  hərdən  gülürəm.
   Ömür   yaşamağa   bəzən bezirəm,
   Özüm  özlüyümdə   bir   an   deyirəm,
    Bu   uzun  yol   ilə   hara   gedirəm?

    Acılı – şirinli  günlər   yaşaram.
    Həyatdan  daima   bir   dərs  alaram.
    Xoşbəxtlik   anlamı   mənimcün  deyil.
    Boşuna  salmışam   həşeyə  meyil.
    Bəs  uzun  yol   ilə  hara  gedirəm?

DÜNYA....
                   


    
      Xoşbəxtliyi  göstərməklə  qaldın,  yaşatmadın .
      Sevgini   versəndə   zəhərləndim,   qaytardım.
      Sadəcə  şirin  idi,  dadına   aldandım.
      Sevinə  bilərsən,  olduqca  yandım.


   
  Evvəldən  yaşadım   səni  bir  təhər.
  Calışdım  hər  anım   getməsin   hədər.
   Elə  ömür  verdin ,   uzundur  sandım.
    Dünən  uşaq  idim,  bu  gün  qocaldım.

   Yükün  belə  ağır  idi  yüklədin   mənə?
   Bu  cür  varlığınla  güvəndin  kimə?
   Boşuna  deyilməyib   əzəldən   dünya,
   Sonda   uduzduğum  böyük   oyunsan…
   Yalansan.   Yalansan.   Böyük  yalansan .                                         2011. 


                                                              MƏNİM SEVGİM   

Yaşanan  hər  anı  heç  vaxt  unutma,

Mənə  qəm  kədəri  bir  an  yaşatma.
Əbədi  sevgimin   ömrün  qısaltma.

Bilirəm   sevmirsən  mən  sevən  qədər.
Ilk  sevgim  gətirib  mənə  qəm   kədər.
Sevgi  şirin  yuxu, sonu  tez  gələr.
Sevgi  baxçasından  mənə  bir  gül  dər
Onun  solmasını  görməsin  bəşər.

Ürəyim  döyünür  sən  varsan  deyə.
Sənin  var  olduğun  o  gələcəyə,
Həsrətlə  baxıram  o  xoşbəxtliyə.
O  anı  dəyişməm  inan  heç nəyə.

Bayramınız   mübarək! 
 Novruz Bayramı münasibəti ilə Kollecimizdə hər il müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdən biri də Xonça müsabiqəsidir. Müsabiqədə mübarizə aparmaq üçün qruplar ən gözəl və ənənələrinimizə uyğun xonçalar hazırlayıb qiymətləndirilmək üçün münsiflər heyətinə təqdim edirlər.

 Fərəhlə deyə bilərəm ki, mənim rəhbərlik etdiyim L-207 qrupu üç ildir ki, bu müsabiqənin qalibi olub.Bu şəkildə qrupun tələbələrinin müsabiqəyə tədim etdikləri əl işlərini görürsünüz.  Müsabiqədə çəkilmiş digər şəkillərə rəhbəri Nəcibə xanım Qəhrəmanova olan BKK-nın Kiçik  Elmər Akademiyasının   saytında baxa bilərsiniz.Əziz oxuyucular burada kollecin tələbələrinin istedadlarını izləyə biləcəksiniz.

Krosvord



Gərəksiz oluruq biz, səhv düşəndə yerimiz!
                                                               İ-311A BÖYÜKZADƏ LAMİYƏ

 Bir gün orqanizm üzvləri arasında belə bir mübahisə düşür.
“Hansımız insana dahaa vacib lazımıq
Ürək dilləndi:Əlbətt mən. Mənim bir an dayanmağım insanın ölümünə səbəb olar. Mən insana həm də mənəvi cəhətdən çox lazımam. Ən gözəl hiss olan sevgini insanlar mənim nizamsız hərəkətlərim hesabına anlayırlar.
Bir cavab verin görüm hansınızın orqanizmində olduğumuz insan sevdiyi insanı görəndə titrəyir, həyəcanlanır, sevinir? Həmdə insanları ürəyinə görə sevirlər. Yoxsa hardasa  eşitmisiniz ki, desinlər: “o, çox yaxşı insandır, gözəl böyrəyi var” .İnsanlar məni görməsə də gözəlliyimi duyurlar.

Böyrək əsəbi şəkildə:” Səhv etmirəmsə mənim adımı çəkdin hə?Aramızdakı məsafəyə baxma ha! Mən olduğum yerdən də sənin halını pisləşdirə bilərəm. Bizim bir gün işləməməyimiz nəticəsində  insan zərərli maddələri bədəndən xaric edə bilməz.
Bu da digər orqanlar kimi sənin də halının pisləşməsinə gətirib çıxarar. Həm də biz ikiyik, sən tək. Gərək sən bunu bizimlə mübahisəyə girməzdin əvvəl fikirləşəydin.”

Mədə - “xahiş edirəm mübahisə etməyin. Siz bir yana, arada qalan mən olaram. Məncə insana ən vacib orqan mənəm. İnsanın enerji mənbəyi qidadır. Onun qəbul etdiyi yer mənəm. Mənim də olmadığımı bir  təsəvvür edin. Bütün qidalar qarın boşluğuna dağılar. Necə də pis bir vəziyyət yaranardı. Mən orqanizmin müdiriyəm. Sizə işləməyiniz üçün vəsait verirəm. Məni əsəbləşdirməyin! Bilirsiniz ki, mən mühiti turş orqanam. Çox əsəsbiləşsəm  turşluğum artar, bu da sizin halınızın pisləşməsinə səbəb olar. ”

Qaraciyər – “ eh  ay mədə nə böyük – böyük danışırsan! Mən olmasam sən bir heçsən! Həzm prosesində yaranan zərərli maddələrin 95%-ə qədəri məndə zərərsizləşdirilir. Məni öz turşunla qorxuzma. HCL turşusu ancaq bakteriyaları öldürə bilər. Mən ki, 95%  zəhərli maddəni zərərsizləşdirirəm. HCL turşusundan qorxacam?

Bağırsaqlar – “Kaş ki, bizim də işimiz sizin qədər asan olaydı. Siz bütün pis işləri bizim öhtəmizə qoyursunuz. Düzdür qaraciyərin zəhmətin itirə bilmərik  amma buna baxmayaraq bircə insana ən vacib orqan bizik. Biz olmasaq həzm olunmamış qida qalıqları, həmçinin bir çox zəhərli maddələr bədəndən xaric edilə bilməz. Buda insanda bir çox xəstəliklərin törənməsinə gətirib çıxarar. Qidanın həzminə mədə 4-8 saat sərf etdiyi halda biz demək olar ki, günün yarısını 12 saatı bu işə sərf edirik. Bizim işin necə yorucu olduğunu fikirləş də?”

Ağciyərlər -“Nə boş-boş danışırsınız? biz olmasaydıq siz nəfəs ala bilmərsiniz. İnsanlar nəfəs alırsa deməli dünyada var. Yəni ,biz yoxuqsa, deməli, insan da yoxdur!”
Beləliklə, bütün orqanlar öz işlərini unudub, mübahisəyə qoşuldular. Bu vaxt yatmış beyin oyandı. “Bu nə səs –  küydü . Niyə görə mübahisə edirsiniz. -deyə soruşdu. Onlar mübahisənin nəyə görə olduğunu dedilər və həmin sualı beyinə də verdilər: “Səncə insanın ən vacib üzvü hansıdır.
  
 Beyin istehza ilə gülüb dilləndi: “Siz hələ insana nəyin vacib olduğunu bilmirsiniz, ay ağılsızlar? Bir saat istirahətə getmişəm, görün nə fəlakətlər törətmisiniz. Hamınız öz işini unudub boş bir mübahisənin arxasına düşmüsüz. Yəni  mənsiz siz bir heçsiniz. Sizi idarə edən mənəm. Bu boş söhbətləri bitirin, hər kəs öz işinin başına!”
Beləliklə beyin bu mübahisəyə son qoydu. 


 

 
Lirika dəqiqələri 



















SON YARPAQ SON ÜMÜD
Ağacda son yarpaq ümüdüm sənsən
 Nə ollar dur orda düşmə sən yerə
Düşməki mən bilim yaşayacağam
Düşməki mən bilim ümüdüm qalib
Ey ağac sənnənəm dinlə sözümü
Qoynunda olan onca yarpağı
Qoruya bilmədin saldin sən yerə
Qocalar evində bir yaşlı qadin
Deyirdi bunları qoca çinara
Qoca bir aqz susdu ağladi yenə
Dedi ağac men səni yox
Mən özümü danlayıram
Ağac mənəm yarpaqları balalarmi axtarıram
Mənim övladlarım yoxdu yanimda
Sənin son yarpağın qalıb qoynunda
Saxla son yarpağı ümüdümü səm
Saxlaki qəlbimin son teli qalsin
Nə olar son yarpaq düşmə getmə sən
Bəlkə sənə baxıb sevinərəm mən
Deyərəm ağacin ovladı qalıb 
Baxaram təsəllim olar son yarpaq
                                                                                       İ- 311A QENIYEVA AYTƏN
                                               
 
Yenə səssiz gecə, yenə səssiz qaranlıq.  
  
              Yenə səssiz gecə, yenə qaranlıq
              Içimə bir süküt çökür bir anlıq
              Qorxular qəlbimi bürüyür yenə,
              O qorxunc səssizlik gəlibdir mənə

 Əvvəl qaranlığı sevən bu qəlbim,
 Artıq qaranliğa qalmayıb təbim
Qəlbimdə qaradir gecədə qara,
  Köksüm qaranlıqdan gəlibdir dara

              Başımda gəncliyin çılğın havası,
              İçdə ürəyimin soyuq davası
              Ürəklə ağilin mübarizəsi,
              Bitib tükənməyir gənclik havası

 Keçir saniyələr, dönməzdir zaman
 Önümdə əngəllər verməyir inan 
  Bu gecə ürəyim darıxır yaman
  Gözəl günlərimi yenə istərəm

Uşaqlıq illərim, o yaşıl çəmən
Baxçada günəşin şən işiqlari
Indi bir kölgədə uyuyur həmən,
Şən uşaqlığımın şən gülüşləri
Uyuyur qəlbimdə min arzu, dilək
Sovurub hər birin bir yana külək
Axtarıb onları tapım mən gərək
Arzusuz diləksiz qəlb nəyə gərək?
                                                                              
Dilimdə kök salıb demədiklərim
Elə bil ağzımı tutub əllərim,
Istəyib söyləyə bilmədiklərim
Qəlbimi sıxanda bunlardır mənim.

                             Susduqca danışır sanki gözlərim
                             Gözlərdən oxunur mənim sözlərim
                             Çoxları qınayır bilirəm məni,
                              Qınayır hələki tanımır məni.

Səssiz bir dənizin ortasındayam
Sahili axtarır durmadan gözüm
Yalançı insanlar arasındayam
Gərək ki, özümü qoruyam özüm.

                                                                            İ-311A BÖYÜKSADƏ LAMİYƏ    


 
Çalışağın həyat bizi müxtəlif döngələrdə müxtəlif sınaqlara çəkəndə özümüz öz ləyaqətimizi “analiz” etməyi bacaraq.
                             Sara Babayeva. İ311A                                
                                                                                                                                        
HƏRDƏN DUŞUNURƏM HƏYAT ANLAŞILMAZ YUXUYA BƏNZƏYİR:
NƏYİN HƏQİQƏT NƏYİN YALAN OLDUĞUNU SEÇMƏKDƏ BİZ ÖZÖMÜZ
BELƏ ÇƏTİNLİK ÇƏKİRİK.BƏLKƏ BU ONA GÖRƏDİR Kİ BİZ BU YUXUNU
İSTƏDİYİMİZ KİMİ YOZMAĞA ÇALIŞIRIQ.HƏQİQƏTİ GÖRMƏYƏ
BAŞLAYANDA İSƏ ARTIQ ÇOX ŞEYLƏR UÇUN ÇOX GEC OLA BİLƏR...

                         YUXU
 Ömur bir musiqidir hansi ki yaşadığımız həyat boyu onun təsirini və gözəlliyini duyuruq.  Lakin bu formal həzinliyin içərisində bizi dəhşətə gətirən elə məqamlar var ki, biz onda yalnız susmağa məcburuq.
Ömur bir musiqidir dedik, təbii ki bu musiqinin öz ahəngi, öz ritmi var. Bu ritmdən kənara çıxmaq isə səhvlərin başlanğıcı hesab edilə bilər. SƏHV-biz insanlar daim bu qorxu içində yaşamağa alışmışıq. Bəlkə elə buna görədir ki, səhvlər bizim həyatımızın bir hissəsinə çevrilib. Çünki səhv etmə qorxusu səhv etmə şansini daha da artırır. Bəlkə hər şey başqa cür olardı, əgər biz gördüklərimiz kimi yox, gördüklərimizin əksi kimi düşünməyi bacarsaydıq. Bilirsiz niyə? Çünki hərdən elə məqamlar olur ki, onu göründüyü kimi qiymətləndirmək lazim deyil. Nəticə etibarilə bu bizi “alişdığımız səhvlərə” və hətta həyatımızın məhvinə belə sürükləyə bilər. Ona görədə yaxşı olardı, görünməyən tərəfləri görməyə çalışın ki, görünən tərəflərə aldanıb sonradan bunun peşmaçılığını çəkməyək.
ŞƏRAİT YOXSA BİZ?-hərdən düşünürük:həyatımiz daha mükəmməl ola bilər, yetərki nə istədiyimizi bilək. Bu inandırıcı olsada çox təəssuf ki, hər zaman özünü doğrultmur, çünki əksər hallarda şərait bizdən daha güclü olur, daha aydın desək biz insanlar tamamilə hal - hazırın hakimiyik və ola bilsin bütün həyatımız boyu arzuladığımız bir şeyə nail olma şansı əldə edəndə şərait bizim arzumuzla hesablaşmaya bilər və bu zaman biz seçim etmə şansını yalnız vicdanımızın öhdəsinə veririk.
HƏYAT-necədə doğma bir kəlmə doymaq mümkün deyil ondan. Lakin şirin olduğu qədərdə acımasızdir o. Əslində sahili görünməyən dənizə bənzətsək onu daha doğru olardı. Yerin yoxdur sənin onun ucsuz-bucaqsiz, ədalətsiz qucağında ,etibarsizdır o. Yox mən bədbin deyiləm. Söylədiyim həqiqətdir ,görmək istəmədiyimiz həqiqət-söz gəlişi demədim bu sözu çox təəssuf ki, biz insanlar arzuları, arzulamağı çox sevirik hərdən bunu o qədər çox edirik ki, ətrafimızda baş verənləri görə bilmirik elə bilirik ki, həyat bizim arzuladıqlarımızdan və xəyallarimizdan ibarətdir ən azından özümüzü buna inandırmağa çalışırıq. Bəlkədə bunu ona görə edirik ki, həqiqətin üzündə xəyalımızın əksini görməkdən çox qorxuruq. Lakin hər şeyə ramən bir həqiqəti unutmamalıyıq Tanrinın xəlq etdikləri içərisində ən güclüdür insan, ən böyuk iradəyə ən böyuk səbirə ancaq o malikdir. Demək istədiyim bu ki, haqlı olaraq haqsız adlandırdığımız bu ədalətsiz dünyada həyat bizi muxtəlif döngələrdə sınağa çəkəndə çalışağın mübarizliyimizi itirməyək, sınmayaq, özümüz öz ləyaqətimizi ” analiz “etməyi ,həqiqəti yalandan seçməyi ,ən kəskin məqamlarda belə umudumuzu itirməməyi bacaraq düşünürəm əsas olanda məhz budur. Birdəki hər şeyin yaxşı olacağına inanmaq lazımdır çünki inam həqiqətə aparan ən böyuk yoldur.Çalışın butun çətinliklərə baxmayaraq həyatı sevməyi bacarın,inanın ki,hər zülmətin öz işiqlı sabahı var YETƏRKİ SƏBR ETMƏYİ BACARAQ!!!

 qr L-311-in tələbəsi Məmmədova Nigar-ın   əl işlərini görə bilərsiniz. 


                  Canlı mikroblar   

Gecənin yarısı idi. Otağı çirk qoxusu öz əsarəti altına almışdı. Gecənin qaranlığından və otaqdakı çirklilikdən istifadə edən milçək və digər böcəklər çirkli qablar üzərində “şənlik” keçirirlər. Şənliyi həyata keçirən bu evin dayimi sakinləri olan qarışqa və tarakanlar idi. Şənlikdə öz ayaqlarında minnlərlə xəstəliyin mikrobunu daşıyan milçəklər daha fəal iştirak edirlər. Onlar gah açıqda qalmış meyvə-tərəvəz üzərində gəzir, gah da axşamdan qalma yemək qalıqlarının içində “rəqs edirdilər”. Şənliyin musiqi ifaçıları ağcaqanadlar idi.
Onlar öz cır-cır səsi ilə şənliyə rəng qatırdılar. Qurdların bir qismi yemək qalıqları ilə şam edir, bir qismi isə yeni nəsil törətmək üçün öz sürfələrini meyvə və tərəvəzlərin üzərinə qoyurdular. Mikroblar uzun müddətdir ki, hazırladıqları planları bu gecə həyata keçirirdilər. Onlar “çirkdən qala” tikintisinin bünövrəsini bu gecə bu evdə qoyurdular. Siçanlar bu şənliyə dəvətli olmadığı halda stolun altına tökülmüş yemək qalıqlarını gizlicə daşıyıb öz yuvalarına yığırdılar. Yəni bu gecə onlar üçün də şənlik idi. Əslində bu evdə hər gün, hər gecə mikrob və böcəklər üçün şənlik olur. Çünki bu evdə təmizliyə fikir verilməz, meyvə-tərəvəz yuyulmaz, gigeyinik qaydalara əməl olunmazdı. Göbələklərin bir növü olan kif göbələkləri də bu evdə məskən salmışdılar.
           Qələmə aldığım bu məqalə məcazi mənada və gülməli olsa da  bu məcaziliyin içində əslində heç də gülməli olmayan bir həqiqət gizlənib. Burada şənliyin keçdiyi evdəki mənzərə real həyatda bir çox evlərdə rast gəlinəcək mənzərədir. Bu cür mənzərələrin qarşısını almaq, mikrob və böcəkləri evimizdə qonaq saxlamamaq əslində çox asandır. Bunun üçün hər kəs təkçə evinin yox həm özünün, həm də bütün təbiətin təmizliyinin qeydinə qalmalıdır. Gəlin təmiz bir dünya və mikroblarla mübarizə üçün əl-ələ verək.
                                                                                          İ-311A BÖYÜKZADƏ LAMİYƏ

Niyə təslim oldum?

Bəzən suallar qarşısında aciz qalıramCavabını tapmadığım suallar. Bu məqaləni yazmaqda məqsədim məni düşündürən bəzən cavab tapmadığım suallara bəlkə də bu məqalə ilə cavab tapmaqdır. . .


                                    Eyyubova  Elnarə İ-311 

             Hara gedirəm? 
     
          GGetsəmdə bilmirəm hara gedirəm.
         Hərdən aglayiram,hərdən gülürəm.
         Ömür yasamaga bəzən bezirəm
         Özüm özlüyümdə bir an deyirəm
          Bu uzun yol ilə hara gedirəm?

                              Həyatdan daima bir dərs alaram
                              Xosbəxtlik anlamı mənimcün deyil
                              Bosuna salmısam hər seyə meyil.
                              Acılı şirinli günlər yasaram,
                              Bəs uzun yol ilə hara gedirəm.

               İstərdim

    Baxiram səssizcə yanan ocaga,
Bir sükut cökübdür qara otaga.
Adi həsrət olan düsmən qonaga
Vüsalın gozülə baxmaq istərdim.
Xosbəxtəm sözünü demək istərdim.

                         Donubdur axarı sanki zamanın
                         Həsrətin çəkirəm kecən hər anın.
                        Mənasız insanlar,mənasiz həyat.
                       Elə bil dayanib bütün kainat.

                                  Haqqın güzgüsü

  Vicdanın sirrinə acar olarsan
   Boyüyə kiciyə hörmət qoyarsan
  Pislik qarsısında yaxsi olarsan
  Bununla dunyada bir ad qoyarsan.


                         Bagısla hər zaman basa dusəni 
                         Tanı sən həmisə dostu düsməni
                         Hec zaman hec bir sey gec deyil inan
                         Ömurdən alınır verilmir zaman.

Iman gedir Allaha.
Seytana uyaraq girmə günaha.
Yoxdur guman acılacaq sabaha
Həmisə hər yərdə sıgın Allaha.

                              Yaxsılıq etsəndə əvəz gözləmə.
                              Səni pisləyəni hec vaxt pisləmə
                              Bu ömür verilir bir dəfə ancaq.
                              Hər gün gəzdiyimiz bu qara torpaq
                              Bizimcün əbədi məkan olacaq.

Bir düsün gələcək ölum gününü
   Gözü yas ananın nurlu üzünü
   Dərdindən bükülmüs ata gözünü
   Hazirsan görməyə haqq güzgüsünü?


Комментариев нет:

Отправить комментарий

Related Posts Plugin for WordPress, Blogger...

Krosword