"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev

28 апр. 2011 г.

Mimio

Photo Flipbook Slideshow Maker
       
Müasir tələblərə cavab verən avadanlığın təhsil ocaqlarında istifadəsinə böyük tələbat olduğunu nəzərə alaraq, Təhsil Nazirliyinin dəstəyi ilə 2009-cu ildən Mimio İnteraktiv texnologiyaları üzrə Təlim mərkəzi mövcuddur və burada DYMO/Mimio şirkətinin (ABŞ) Azərbaycan nümayəndəliyi tərəfindən bu texnologiyalar üzrə təlim kursları təşkil olunub. Kursu bitirmiş müəllimlər qurğudan dərslərində istifadə etməyi və interaktiv dərs, dərs vəsaiti, çalışmalar və tapşırıqlar hazırlamağı tam şəkildə öyrənmiş olurlar.

25 апр. 2011 г.

Xoş xəbər


Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində Ultra şirkəti e-Təhsil sisteminin tam istifadəsini təhvil verdi.Artıq müəllimlər elektron jurnaldan, elektron dərslərin idarəetmə proqramından və Təhsil Portalından istifadə etməyə başlayıblar.Bu istiqamətdə bizim kollecimizdə də lazımi işlər görülür.Bu məqsədlə may ayından başlayaraq BKK-də treninq-kurslar fəaliyyətə başlayacaq. Kollecimizin bütün müəllimləri həmin kurslarda xüsusi təlim keçəcəklər və elektron jurnal və elektron resurslarla idarəetmə proqramından istifadə etməyə başlayacaqlar.

24 апр. 2011 г.

Açıq dərslər

    Mənim fikrimcə,  tədris prosessinin əsasını müəllimlə tələbələrin birgə fəaliyyəti təşkil edir.  Tələbələrin bilik və tərbiyəsinin keyfiyyəti  birbaşa qabaqcıl təcrübələrin müəllimlər tərəfindən istifadə olunmasından asılıdır. Bizim kollecimizdə maraqlı açıq dərslər, bayram tədbirləri keçirən istedadlı müəllimlərimiz çoxdur.Bu dərs və tədbirlərdən istifadə edərək müəllimlər təcrübə mübadiləsi apara bilərlər. Mən dəfələrlə açıq dərslər keçirmişəm.Onu da qeyd etmək istəyirəm ki, heç vaxt özüm və tələbələrim açıq dərslərə hazırlaşmırıq. Səbəbi isə odur ki, kollecimizdə, demək olr ki, hər gün  müxtəlif fənlər üzrə açıq dərslər keçirilir.
    Artıq 3-4 ildir ki,mənim dərslərimdə prezentasiyalardan istifadə edirəm. Bundan başqa, biz prezentasiyalar müsabiqələri də keçiririk. Bu, tələbələrimizin çox xoşuna gəlir. Onlarda dərsə maraq yaranır və onlar özləri belə müsabiqələrin tez-tez keçirilməsini xahiş edirlər.Bu isə bizim işimizdə olduqca vacib məsələdir. Tələbələrdə bu marağı  gördükcə, müəllim də daha böyük həvəslə  işləmək istəyir.


Açıq dərslərdən görüntülərə, video-dərslərə vətəqdimatlara  burada baxa bilərsiniz.

22 апр. 2011 г.

Mənim qrupum

    Bu il mənim rəhbərlik etdiyim L-207 qrupu (Laboratoriya diaqnostikası ixtisası) kollecimizi bitirir. Bu qrupun tələbələri mənim sevimli tələbələrimdir.Bu qrupla artıq 3 ildir ki, işləyirəm.Qrupun tələbələri BKK-nın ictimai həyatında fəal iştirak edərək, müxtəlif müsabiqələrin, yarınşların, olimpiadaların qalibləri olublar. Bu qrupda yeganə oğlan Zeynallı Hüseyn qrup qızlarının sevimlisi, müəllimlərin fəxri, gələcəyi parlaq bir nümunəvi tələbədir. Qızlarımız isə gözəl-göyçək, ağıllı-kamallı, tərbiyəli, bacarıqlı,tələbələrdir. Bütün kollecimiz onlarla fəxr edir. Qrupa 5 əlaçı, 10 zərbəçi təhsil alır.Bu il bu qrup BKK-nı bitirərək böyük həyata qədəm qoyurlar. Onlara yeni həyatlarında uğurlar, sevinc dolu günlər, müvəffəqiyyətlər arzulayıram. Əziz tələbələrim, Bizi, məni, ümumiyyətlə BKK-nı unutmayın.Siz bilirsiniz ki, mən sizi nə qədər çox istəyirəm.  
Related Posts Plugin for WordPress, Blogger...

Krosword