Beynəlxalq Qadınlar Günü - nün tarixi haqqında!
Beynəlxalq Qadınlar Günü — Hər il 8 mart tarixində qeyd olunan beynəlxalq bayram. 8 Mart – ənənəyə görə bu gün qadınlar əks cinsin nümayəndələrindən diqqət, gül və hədiyyə gözləyirlər. 8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau,Kamboca, Çin, Konqo, Laos, Makedoniya, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.