- İnsanların boyu səhərlər axşamkından 1 sm daha uca olur. Bunun səbəbi: gün ərzində oynaqların yığılmasıdır .
- Evdə olan tozların böyük bir hissəsi ölü dəri qatını təşkil edir.
- Əldəki şəhadət barmağı digər barmaqlara nisbətən daha həssasdır.
- İnsan orqanizmi 1 saniyə ərzində 15 million eritrotis (qırmızı qan cisimcikləri) yaradır və öldürür.
- Həddindən artıq qidalanma eşitmə qabiliyyətini ağırlaşdırır.
- İnsan yemək vaxtı yeməyi, təxminən, 295 dəfə udur.
- Kainatda bu vaxta qədər ölənlərin sayı yaşayanların sayından azdır.
- Yatdığınız otaq nə qədər soyuq olarsa gördüyünüz səfeh yuxularınızın mümkünlük ehtimalı çoxdur.
- Həşəratların dişləməsi ən çox ayaqlarda təsadüf edir.
- Əgər 1 million insan eyni vaxtda hoppanarsa yaranan qüvvət 500 ton TNT-ə bərabər olar.
- Qadınlar kişilərlə müqayisədə gözlərini 2 dəfə artıq qırpırlar.
- İnsan orqanizmi üçün gün ərzində 2 dəfə 4 saatlıq dövrə yuxu tam 8 saatlıq yuxudan olduqca faydalıdır.
- Saqqalın uzunmağı orta hesabla ilə 140 mm təşkil edir.
- Kişi saçlarının diametri qadın saçlarının diametrini 2 dəfə üstələyir.
- Digər barmaqlara nisbətdə orta barmaqdakı dırnaq daha tez uzanır.
- Statistikaya görə, insan hamam otağına gün ərzində 6 dəfə gedir.
- Dadbilmə reseptorların (həssas sinir toxumalarının qıcıqlanmanı qavrayan ucları) yaşama müddəti 10 gündür.
- Ən cavan valideynlər 1910-cu ildə çində olub. Onların 8 və 9 yaşları var idi.
- Ən çox tanınmış böyrək daşının çəkisi 1.36 kq-a bərabər idi.
- Sağ əllə yazan şəxslər yeməyi ağızın sağ tərəfində çeynəyirlər, amma solaxay şəxslər yeməyi ağızın sol tərəfində çeynəyirlər.
- Dünyada hər 7 saniyədə bir körpə doğulur.
- Əgər susuzluğunuz dayanarsa, məsləhət olardı bir qədər də su içəsiniz, o zaman qurudulmuş orqanizm (susuzluq mexanizmi) tam olaraq sönəcək.
- Gülüş - hormonal qərginlik dərəcəsini aşağı salır və immun sistemini gücləndirir.
- 6 yaşlı uşaqlar gün ərzində orta hesabla 300 dəfə gülürlər. Böyüklər isə gün ərzində 15-100 dəfə gülür.
- Deyirlər ki, əgər balıqqulağını qulağımıza yaxın tutsaq o zaman orada okeanın səsini eşidəcəyik. Bu fikir səhvdir! Əslində, bu okeanın səsini yox, qulaqda olan damarlardan axan qanın səsidir.
- Siqareti tərgitmək istəyən şəxs əvvəl yatdığı vaxtdan 1 saat az yatmalıdır.
- 4 yaşlı uşaq orta hesabla gün ərzində 437 sual verir.
- İnsan orqanizmindəki damarların uzunluğu 100 000 km-dir.
- İnsan dərisinin üst qatında yaşayan canlı orqanizmlər dünyada yaşayan insanlardan daha çoxdur.
- İnsanların ən çox istifadə etdiyi hərf "i" hərfidir.
- Bayquşlar göy rəngi görə bilən yeqanə quşdur.
- Xəstələnməyən yeganə heyvan köpək balığıdır.
- Bir dəvəquşunun gözü beynindən böyükdür.
- Heyvanların ən böyüyü mavi balinadır. (uzunluğu 33 m, ağırlığı 190 ton)
- Qütb ayıları solaxaydır.
- Dəvə dəniz suyu içə bilməklə yanaşı bir dəfədə 250 litrə qədər su içə bilir.
- Qurbağanın 2600-ə yaxın növü var.
- İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə edir
- Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, avtomobilin mühərrikindən çıxan qazın tərkibində 2-10%, neft başqa yanacaqda 0,5-1% , papiros tüstüsündə isə 0,1 -1 % karbon qazı vardır.
- Yer kürəsi 4,6 mlrd. il bundan əvvəl soyuq qaz və toz dumanından yaranmışdır.
- İnsan gün ərzində 1 kq qida və 2 litr su qəbul edirsə onun normal fəaliyyəti üçün 25 kq hava tələb olunur. Bir ildə isə, insan 1-1,5 ton oksigen istifadə edir.
- Yerin 20-25 km dərinliyində müxtəlif kimyəvi tərkibə malik 1,3 mlrd. km3 su ehtiyyatı olmaqla, hər il vulkan püskürməsi nəticəsində 1 km3 su mantiyadan Yer səthinə axır.
- Dünyada olan avtomaşınların daxili yanacaq mühərriklərindən hər il orta hesabla atmosferə 260-270 milyon ton aerozol ixrac edilir. İstifadə olunan hər 1 litr yanacağın 350 qr zəhərləyici tullantısı əmələ gəlir.
- Planetimizdə ən yüksək mütləq maksimum temperatur ilk dəfə Liviyanın Tripoli şəhərində (58,1oC), ikinci dəfə ABŞ-ın Kaliforniya ştatının Ölüm dərəsində (56,7oC), üçuncü dəfə isə Tar səhrasında (53oC) müşahidə olunmuşdur.
- Dünyanın ən soyuq yerləri Avrasiyanın və Antraktidanın şimal-şərq əraziləri sayılır. Ən aşağı mütləq minimum temperatur ( - 89,2o C ) ilk dəfə Antraktidadakı “Vostok“ stansiyasında, Şimal yarımkürəsində isə Rusiyanın Yakutiya (Saxa) Respublikasındakı Oymyakonda ( -71oC) qeydə alınmışdır.
- Günəş şüaları yer səthinə saniyədə 300 000 km sürətlə gəlir. Günəşdən yerin səthinə 1 dəqiqə ərzində 1 sm2 sahəyə 1,94 kal. enerji düşür.
- Hər bir xalqın öz musiqisi vardır.
- O, insanların yaşamasına kömək edir, nəslin davamına imkan yaradır. Körpənin musiqini hiss etməsi və musiqidən təsirlənməsi çoxdan məlumdur.
- Bu xüsusiyyət insanın kəllə-beyin, eşitmə sinirlərinin köməyi ilə baş verir.
- Elmi tədqiqatlar göstərmişdir ki, bu bioloji sistem körpənin dünyaya gəlməsindən üç ay əvvəl fəaliyyətə başlayır.
- Əvvəllər belə hesab edirdilər ki, körpə dil açanadək beyni zəif inkişaf edir, duyğu orqanları ilə qavrama imkanları yaranır. Körpənin beyni gələn səslərin səbəblərini tapmağa səy göstərir.
- O, səs yazan alət kimi fəaliyyətə başlayır - səsləri yazır və analiz edir.
- Artıq məlumdur ki, körpələrdə musiqini, onun ritmini, səsin gücünü, yuxarı və aşağı notları qavramaq qabiliyyəti yaranır.
- Tədqiqatlar göstərmişdir ki, dölün beynində eşitmə sistemləri hamiləliyin iyirmi altıncı həftəsindən etibarən fəaliyyətə başlayır.
- Döl öncə ananın orqanizminin səslənməsini qavrayır, xaricdən gələn səslər ana bətnində eşidilmir, uşaq belə səslərdən anasının bədəni vasitəsilə qorunur.
- Buna baxmayaraq, ritmik muğamlarımızın, habelə musiqi korifeylərinin, məsələn, Bethovenin Beşinci simfoniyasının sədaları həmin səddən nüfuz edə bilir.
- Ana bətnindəki körpə musiqi ritmlərinə bədəninin hərəkəti və ürək döyüntüsünün sürətlənməsi ilə reaksiya verir.
- Amma həzin və melodik musiqi körpənin ürək döyüntüsünü yavaşıdır.
- Ucadan eşidilən ritmik səslər körpənin ürəyinin tez-tez döyünməsinə səbəb olur.
- Beləliklə də səslər bir tərəfdən dölün aktivliyini artırır, digər tərəfdən də körpə doğulanadək onun ətraf mühit haqqında hər hansı bir informasiya almasına imkan yaradır.
- Hamiləliyin sonunda uşaq anasının orqanizminin, məsələn, ürəyinin, mədəsinin səsinə bir növ alışır, hər bir dəyişikliyə dərhal reaksiya verir.
- Tədqiqatlar göstərmişdir ki, uşağın doğulanadək eşitdiyi musiqi onun inkişafını sürətləndirir.
- Hamiləliyinin iyirmi səkkizinci və otuz altıncı həftələrində musiqi dinləyən anaların uşaqları səslərə başqalarına nisbətən daha tez reaksiya verir, onlarda melodiyaları tanımaq qabiliyyəti özünü göstərir.
- Belə uşaqların yaddaşları da yaxşılaşır.
- Musiqi insanın beyninin və motorikasının inkişafına təsir göstərir.
- Musiqi analitik təfəkkürün inkişafında da önəmli rol oynayır.
- Musiqi dərsi alan uşaqlar digər uşaqlara nisbətən bütün fənləri, xüsusilə də həndəsə və fizika fənlərini daha yaxşı mənimsəyirlər.
- Alimlər belə bir nəticəyə gəlmişlər ki, musiqi ilə məşğul olan və günün çox hissəsini valideynlərinin yanında keçirən uşaqlar əqli cəhətdən daha yaxşı inkişaf edirlər.
- Amerikada doktor Loqan hamilə qadınlar üçün bandaj ixtira etmişdir.
- Gələcək analara həmin bandajı qarın nahiyəsinə bağlamaq tövsiyə olunur.
- Mikrostereokolonkalar geydirilmiş və pleyer ilə əlaqələndirilmiş bandaj vasitəsilə 60 audiokasetdən xüsusi musiqi səsləndirilir.
- Döl halında olarkən həmin melodiyaları dinləmiş bütün uşaqlar (1200-dən artıq) testdən keçiriləndən sonra onların adi uşaqlara nisbətən dörd dəfə zəkalı olduğu müəyyənləşdirilmişdir.
- ABŞ-da Şulman soyadlı bir həkim pasiyentləri onlara insanın müxtəlif daxili orqanlarının - ürəyin, ağ ciyərlərin, mədənin, bağırsaqların səslərini dinləmək yolu ilə müalicə edir.
- Həkimin fikrincə, xəstə orqanizm sağlam orqanların harmonik səslərini "eşidəndən" sonra müstəqil surətdə sağalmağa başlayır.
- Çinlilər və yaponlar həmin musiqi əsərlərini həb, yaxud dərman bitkiləri kimi məmnuniyyətlə "qəbul" edirlər. Amerikada keçəlləşən adamların başlarına musiqi dinləməklə tük gəlməsi kimi musiqi terapiyası metodu da məlumdur.
- Hazırda musiqi terapiyası sahəsində geniş informasiya infrastrukturu yaradılmışdır.
- İngiltərədə, ABŞ-da, Almaniyada, İtaliyada, Yaponiyada xüsusi cəmiyyətlər mövcuddur, çox sayda məxsusi jurnallar dərc olunur.
- Beləliklə, musiqi tənəffüsə, ürək ritminə, nəbzə və qan təzyiqinə təsir göstərir, beyin dalğalarını yavaşıda və tənzimləyə bilir, əzələ gərginliyini azaldır, bədənin mütəhərrikliyini və koordinasiyasını yaxşılaşdırır, harmonlar ifrazını tənzimləyir, immun funksiyasını aktivləşdirir, əmək məhsuldarlığını yüksəldir.
- Amerikanın Çikaqo ştatında xəstəxana xəstəyə 175.000 $ pul verib. Səbəb isə bir neçə il əvvəl əməliyyat zamanı tamponun yaddan çıxıb xəstənin bədənində qalmasıdır. Xəstə xəstəxananı məhkəməyə vermək istədikdə, müdriyyət 175.000 $ pul təklif edib.
- Sağ əllə yazan şəxslər yeməyi ağızın sağ tərəfində çeynəyirlər, amma solaxay şəxslər yeməyi ağızın sol tərəfində çeynəyirlər.Digər barmaqlara nisbətdə orta barmaqdakı dır
- 4 yaşlı uşaq orta hesabla gün ərzində 437 sual verir.
- Dünyada çox uzun müddət asqıran şəxs ingiltərəli 12 yaşlı qız Donna Qriffits olub. O, 977 gün asqırıb – 1981-ci il yanvardan 1983-cü il sentyabra qədər. İlk əvvəl o, hər 1 dəqiqədən bir asqırırmış, uzun zaman keçdikdən sonra asqırmalar arası fasilə 5 dəqiqə olub.
Комментариев нет:
Отправить комментарий