"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev
Показаны сообщения с ярлыком mədəniyyət. Показать все сообщения
Показаны сообщения с ярлыком mədəniyyət. Показать все сообщения

24 мая 2012 г.

Bizə yalnız QƏLƏBƏ lazımdır !

Avroviziya 2012- Bakıda ! Biz qələbər qazanmağa adət etdik artıq. Azərbaycan xalqına böyük qələbələr arzulayıram !

Photo Flipbook Slideshow Maker

1 окт. 2011 г.

Bakıda ilk beynəlxalq kitab sərgisi keçirildi.


Bakıda çərşənbə günü 2-ci beynəlxalq kitab sərgi yarmarkası öz işinə başlayıb. Trend-in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən baş nazirin müavini Elçin Əfəndiyev deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra müxtəlif sərgi yarmarkalar keçirilib, lakin onlardan ən əhəmiyyətlisi kitab sərgi yarmarkasıdır. "Çünki kitab olmasaydı, heç bir nailiyyət əldə etmək olmazdı. Kitab bəşəriyyətin ən böyük kəşfidir", - Əfəndiyev bildirib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki,  kitab sərgi yarmarkasında 25 ölkənin nəşriyyat və poliqrafiya müəssisələri iştirak edib.Nazirin sözlərinə görə, belə yarmarka Bakıda iki ildən bir keçiriləcək, bu isə ölkədə poliqrafiya işinin təkmilləşdirilməsinə və kitabsevərlərin sayının artmasına kömək edəcək.

27 сент. 2011 г.

Ümumdünya dəniz günü

1977-ci ilin noyabrında keçirilmiş Hökumətlərarası Dəniz Təşkilatı Assambleyasının 10-cu sessiyasında qərara alınmış “Ümumdünya Dəniz günü” 1978-ci ildən qeyd olunur. 1980-ci ilə kimi bu gün 17 martda qeyd olunurdu. Hazırki dövrdə isə bu gün sentyabrın axırıncı həftəsi qeyd olunur. Bu günün tarixi hər dövlət üçün həmin ölkənin Beynəlxalq Dəniz Təşkilatının üzvləri tərəfindən təyin olunur. Azərbaycanda isə bu tarix 29 sentyabra təsadüf edir.
Related Posts Plugin for WordPress, Blogger...

Krosword