"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev

Canlılar aləmi

Brontazavr (brontosaurus) Aratozavr- kələzçanaqlı  dinazavrlar (sauriskiya)  dəstəsindən  nəsli  kəsilmiş  sürünən  heyvan. Preogendə  yaşamışlar. Çəkisi  təqribən  30  kq. Uzunluğu  20  m olmuşdur. Çay dərəsində  və  ehtimala  görə  dənizlərin  sahilə  yaxın  bataqlıq  zonalarında  amfibiya  həyatı  sürmüş,  bitki  ilə  qidalanmışdır.  Brontazavr  nəinki  bütün  sürünənlərin  ən  irisi,  hətta  bütün  dövrləinin  dörd  ayaqlı  heyvanların  da  ən  irisi hesab  olunur.
Büldürük (Syrrhaptes  paradoxus) Bağrıqaralar  dəstəsindən  quş. Bədəninin  uzunluğu  42  sm  çəkisi 250 qr.dır.  Bir –birinə  bitişmiş  3  barmağı, çaynaqlara  qədər  sız  lələklə  örtülüdür. Sarı  qum  rəngdədir. Mərkəzi  Asiyanın  səhralarında 
Qazaxıstanda,  Altayın  cənub-şərqində  və  Tuva  çökəkliklərində  yayılmışdır.Daşlı  və  gilli  səhralarda  yaşayır. Yuvasını  yerdə  düzəldir  və  2-3  yumurta  (aprel, iyunda) qoyur,  xırda  toxum,  zoğ  və  tumurcuqla  qidalanır.
Qayakeçisi saqqallı  keçi (sapra  aegagrus) -  boşbuynuzlular  fəsiləsindən  cütdırnaqlı  heyvan. Pakistan,  Əfqanıstan,  İran, Kiçik  Asiyada,  Dağıstan,  Azərbaycan,  Cənubi  Türkmənistanda  yayılmışdır.  İri  erkeklərinin  uz. 1.5  m,  çəkisi  80  kq-a  qədərdir. Erkəyinin  buynuzu  dişisinkindən  daha  uzun  olub  (1.3 m.ə  qədər)  qılıncvaridir. Yunu  kürən,  bozumtul  və  s. rəngdə  olur.  Sürü  ilə  yaşayır. Dişisi  ildə  bir  dəfə  aprel  ayında  1-2  bala  verir. Əlçatmaz  qayalı  yamaclarda  yaşayır. Yayda  bəzən  dağların  qarlı  zirvələrinə  qədər  qalxır.  Qaya  keçisi  ev  keçisinin  əcdadlarındandır. Azərbaycanda  dağ  keçisi  deyilir.


Prometey  siçanı  (Prometheomys  schaposchnikovi)  tarla  siçanları yarımfəsiləsindən  məməli  heyvandır. Bədənin  uz.  17  sm.dək olur. Gözləri  çox  xırdadır. (buna görə  kor siçan  da  adlandırılır) Üst  tərəfdən  bir  rəngli, qonurumtul, sarı-qırmızıdır. Qafqazın  mərkəzi  və  cənub  rayonlarındakı  dağ  çəmənlərində  və  türkiyənin  şimal-şərq  hissələrində  yayılmışdır. Bitki  yeyir,  3  dəfə  balalayır,  2  bala  verir.
 Rosomaxa – (qulo qulo)  dərələr  fəsiləsindən  yırtıcı  məməli  heyvandır. Bədənin  uz  105  sm.dək  quyruğu  33  sm.dək  olur. Çəkisi  11-19  kq.dır.  Rəngi  tünd  qəhvəyidir. Avrasiya  və  şimali  Amerikanın  tayqa,  meşə- tundra  və  tundra  zonasında yaşayır. 1-5 balası  olur. Rosamaxanın  xəzi  şaxtada  donmadığı  üçün  şimal  xalqları  arasında  çox  qiymətlədir. Dərisindən  təyyarəçi  və  kosmanavtlar  üçün  kostyum  tikilməsində  istifadə  edilir,  leşlə  qidalanır.
Pələng heyvanat  aləminin  şahıdır. Pələng  nə  qədər  gözəl  qüvvətli  və  cəld  olsa  da,  bir  o  qədər  ehtiyatlı  və  qorxaqdır. O  öz  şikarının  üstünə  6-7  m  məsafədən  və  3 m hündürlüyündə  atıla  bilər. Güclü  pəncəsi  ilə   böyük  maralı  və  sığını  öldürə  bilir. Pələng  2-4 bala  verir,  boğazlıq  müddəti  112  gündür.
 Arı ana arı bir  gündə  1500-2000  bir  ildə  100000,  bütün  ömrü  ərzində  8 milyona  qədər  yumurta  qoya  bilir. Arı  bir  gündə  200  ha-dan  çox  sahə  gəzir,  100 qr  bal  toplamaq  üçün   1  milyon  çiçəkdən  şirə  götürür. Arı  balı  4  əsr  qlır  lakin  xarab  olmur.  Bal  arısı  ibtidai  insanlardan  56  milyon  il  qabaq  mövcuddur. 
(Aquilya chrysaetus) qırğöğılar fəsiləsindən qartal.Uz.95sm-dək,açilmiş halda qanadları 2 m-dək olur. Rəngi tünd –qonurdur. Avropa,Asiya,Şimali Amerika, həmçinin Şimali Afrikanın meşə və Azərbaycanın yüksək daglarında yaşayır. Dovşan, quş, gəmiricilər, sürünənlər, qurbaga, həşərat və leşlə qidalanır.Agac və qayalarda düzəltdiyi yuvaya 1-2 yumurta qoyur. Orta Asiyada,Qazaxıstanda, tülkü,dovşan, bəzən ceyran vəcanavar ovlamaq üçün istifadə edilir.Berkutun ətcəbalaları uzun müddət ələ öyrədilib ova alışdırılır.            
Belibağlılar
  BELİBAGLILAR(Circus)-qırgılar fəsiləsinin bir cinsi. Yz.41-60sm, çəkisi 250-780 q-dır. Dişisi erkəyindən böyükdür. Qanadları, quyrugu ayaqları uzun,caynaqları nazik vəiridir. Xırda lələklərdən əmələ gəlmiş boyunlugu var.Cinsiyyətinə və yaşına görə rəgi müxtəlif olur.Antarktidadan başqa, bütün qitələrdə var.Köçəri quşlardır.Açıqlıqda yaşayır.Yerdə yuvalayır;3-6 yumurta qoyur. Siçan,kərtənkələ, qurbaga, həşərat,quş yumurtası və ətcəbalalarla qıdalanır. 9 növü məlumdur. Azərbayçanda 4növü var. Bataqlıq və ya qamış belibaglısı ovçuluq təsərrüfatına zərər vurur,qalan növləri gəmiriciləri məf etdiyinə görə faydalıdır.  
 
Başıayaqlılar  - molyuska tipindən onurğasız sinifinə aiddir. Yüksək təşəkkür tapmış dəniz molyuskalarıdır. Uz.1 sm-dən 18 m-ə qədər olur. İki  yarımsinifə bölünür; dördqəlsəməlilər.Hazırda yaşayan növlərinin sayı 600-ə qədərdir.SSRİ-də 27 növü var Bədəni ikitərəfli simmetrikdir. Başıayaqlı molyuskların qan-damar sistemi qığırdaq kəllə ilə əhatə olunmuş baş beyni, hiss orqanları xüsusilə yüksək dərəcədə inkişaf etmişdir. Başıayaqlılardan ammonitlər vəbelemnitlər qazıntı halında tapılır.            Salamandrlar                                                           

Salamandridale-əsl salamandrlar-quyruqlu suda-quruda yaşayanlar fəsiləsinə aiddir. Yetkin fərdlərin qəlsəməsi yoxdur,ağciyəri olur.Avropa,Asıya vəŞimali Amerikada yayılmışdır.25 cinsi var. Ən çox yayılanı adi Salamandr,tritonlar,uzunquyruqlu Salamandrdır. Adi Salamandrın bədəni yöndəmsiz,quyruğu qısadir,rəngi əsasən,qaradır;sarı, yaxud narıncısarı iri xalları olur.3 növü var.Ukraynanın qərb hissəsində xallı Salamandlara rast gəlir; uz.70 sm-dək olur. Dərisindəki bəzilərin ifraz etdiyi maddə zəhərlidir.Uzunquyruqlu Salamandr cinsinin 2növü var; bunlardan Qafqaz Salamandır (M.caucasica),Gürcüstanın c.q.-ində rast gəlir Adi S –dan kiçik və quyruğunun uzun olması ilə fərqlənir.  
 Sciurus-sincabkimilər fəsiləsindən məməli heyvan cinsi.Avropa, Asiya vəAmerika meşələrində yayımışdır. Bədənin uz.28sm-dək olur.Rəngi əlvan kürəndən boz və qara arasında dəyişir. Alabəzək növləri də var.SSRİ –də 2(adiS.vəQafqaz S-ı)o cümlədən Azərbaycanın meşələrində 1 növü yaşayır. İynəyarpaqlı ağacların toxumu,palıd qozası,qoz, giləmeyvə,bəzən cücü və quş yumurtası ilə qıdalanır. Gündüz həyatı keçirir İldə 2dəfə 5-10 bala verir. Xəzdərili ov heyvanıdır.
 
                                                                                       Sığırçınlar

Sturnidae-sərçəkimilər dəstəsinə aid quş fəsiləsi. Bədənin uz.18-43 sm, dimdiyi düz,ayaqları güclüdür. Lələkləri sıx, metal parıltılıdır. Qışda ağ xalları olur.104 növü var. Əsasən,Sərq yarımkürəsinin tropic və subtropik zonalarındakı meşə,çöl və yarımsəhralarda yaşayırlar. Yuvasını ağac oyuqlarında, qayaların yarığında,binaların örtülü yerlərində düzəldirlər. Həşərat bə giləmeyvə ilə qidalanırlar.Azərbaycanda 2növü var. Adi sığırçın(Sturnus vulgaris) oturaq,ala sığırçın(Pastor roseus) yuvalayan köçəri həyat keçirir. Hər iki növ faydalı quşlardır. 

Skolopendrlər   
Scolopendridae-çoxayaqlılar sinfinin dodaqayaqlılar dəstəsindən fəsilə.Uz.30 sm-dək olur; baş-bədəni 25-29 buğmdan ibarətdir.Əsasən,tropiklərdə,Krımda, Ukraynada, Orta Asiyada, Qafqazda yayılmışdır. Azərbaycanda Skolopndrlərin ən çox Sc. aralocaspia və Sc.cingulata növlərinə təsatüf edilir. İri Skolopendrlər quru qurbağası,kərtənkələ və quşlara hücum edir. S-in bədəni yaşıl-bozdur. Dişləməsi çox ağır keçir,zəhəri insanı öldürür. Skolopenlər gecə heyvanı olub cücü və s. xırda onurğasızlarla qidalanır.

                                                                                    Qağayılar
Qağayılar (laridae)  quşlar dəstəsinin  bir  fəsiləsi. Uzunluğu 20-75  sm, çəkisi  50 q.dan 2.5  kq.a  qədər  olur. Qanadları  uzun, ayaqları  qısadır.Qabaq  barmaqları,  üzmə  pərdəsi  ilə  birləşmişdir.  Dimdiyi  qüvvətli  və   ucu  əyilir. Yaxşı  üzür  və  gəzir. Bütün  qitələrdə  yayılmışdır. 82  növdə ; Azərbaycanda  14  növünə  təsadüf  edilir. Dəniz  və  çay  sahillərində  kaloniyalarda  yaşayır. Yuvaya  2-4  yumurta  qoyur.Xırda  balıqlarla,  siçan, çəyirtkə  və  həşaratlarla  yaşayır. Yumurtasından  və  lələyindən  istifadə  edilir. Kənd  təsərrüfatına  fayda  verən  quşlardır. Azərbaycanda  geniş  yayılmış,  gümüşü  qağayı  (larus argentatus)  oturaq  quşdur.

Sayqak (sayga tatarica)  boşbuynuzlular  fəsiləsindən  cütdırnaqlı heyvan. Erkəklərinin  bədən  uzunluğu  140  sm.dək süyüsünün  hündürlüyü  80  sm.dək, çəkisi  40  kq.dək  (bəzən  50  kq )  olur. Dişiləri  kiçikdir. Erkəklərinin  lira  şəkilli  buynuzunun  uz. 40 sm.dək  olur. (dişiləri  buynuzsuzdur.) Beli  sarımtıl,  qarnı  ağdır. Monqolustanda, qərbi  Çində,  Qafqazda, Orta  Asiya  çöllərində  sürülərlə  yaşayır. Qışda  cənuba  köçür,  cəld  qaçır,  dekabrda  cütləşir; boğazlıq dövrü  5  ayadək  olur, 2  bala  verir. 1949-cu ildən  Azərbaycana  gətirilən  bir  dəstə  sayqa  kütləvi  çoxalmış  və  ceyranlarla  rəqabət  yaratdıqları  üçün,  xüsusi  qərara  əsasən  tamamilə  ovlanmışdır.
 
                                                                                              Samur 
Çay  samuru  dələlər  fəsiləsindən  qimətli  xəz  dərili  yırtıcı  heyvan  növüdür. Bədəninin  uz  70  sm,  quyruğu  45  sm,  çəkisi  10  kq.dır. barmaqlarınən  arasında  üzmə  pərdəsi  var. Avropa, Asiya və  Afrikaının  şimal  qərbində  rast  gəlinir. Azərbaycanda  Lənkəran  zonasında,  Böyük  və Kiçik  Qafqazın  çay  kənarlarında  yayılmışdır. Yaxşı  üzür,  suda  islanmır. Qışda  xəzi  daha  da  keyfiyyətli  olur. Yuvasını  sahildə  düzəldir,  balıq  və  qurbağa  ilə  qidalanır. Boğazlıq  dövrü  8-10 aydır,  2-5  bala  verir,  sayı  azaldığından  ovu  qadağandır.

Safsarlar (putorius) – dələlər fəsiləsinin  mustella  cinsindən  yırtıcı,  məməli heyvan  yarımcinsidir. Bədənin  uz. 38-51  sm,  quyruğu  11-19  sm  olur. Uzunsov  bədəni  çevik,  ayaqları  qısadır. Xəzi  yumuşaqdır,  3  növü  var. Şimali  Amerikada,  Avropada,  afrikada,  Asiyada  yayılmışdır. Azərbaycanda  2  növü  məlumdur. Safsar  insanın  yaşadığı  yerlərdə  olur,  xırda  heyvanlarla  qidalanır,  ildə 1  dəfə  balalayır ,  4-8  bala (bəzən  19-dək) verir. Bəzən  quşçuluğa  zərər  verir. Qara  safsarın  albinos  forması  əhilləşdirilmişdir; zərərli  gəmircilərlə  mübarizədə  istifadə  olunur.
 
(Ranidae)-quyruqsuz amfibiyalar fəsiləsi.6 yarımfəsiləsi var.Ən geniş yayılanı adi qurbağa Rana cinsidir (200-dək növü məlumdur). Arxa (sərbəst)ucu haçalı dilinin ön tərəfindən damağa birləşməsi və dal ayaqlarında inkişaf etmiş üzmə pərdəsinin olması cinsin xarakterik xüsusiyyətidir. Quruda və suda yaşayan növləri var. Suda yaşayanlarda yaşıl,quruda yaşayanlarda qəhvəyi vəboz rəng üstündür. İri qurbağaların əti delikatesdir. Çində,Vyetnamda,Fransada və s ölkələrdə yeyilir.


Комментариев нет:

Отправить комментарий

Related Posts Plugin for WordPress, Blogger...

Krosword