Botkin Sergey Petroviç – Rus terapevt həkimi, materialist alim, ictimai xadim. Klinik tələbatda fizioloji cərəyanın banisi, Hərbi Tibbi Akademiyasının professoru Rusiyada ilk dəfə öz klinikası yanında təcrübə labarotoriyası yaradaraq, dərmanların fizioloji – farmokoloji təsirini tədqiq etmiş,heyvanlarda süni yolla müxtəlif xəstəlik prosesləri törətməklə orqanizmin fizioloji – pataloji xüsusiyyətlərini öyrənmişdir.
Botkin insan və ali heyvan orqanizmlərini yaşadıqları mühitlə ayrılmaz sürətdə bağlı olan və sinir sistemi ilə idarə olunan tam bir vəhdət hesab edirdi.Botkin təbiətdə yaratdığı və İ.P.Pavlovun nervizm adlandırdığı bu yeni cərəyan hazırda tibb nəzəriyyəsi və təcrübəsində eləcə də biologiyada mühüm prinsip sayılır. Botkin belə hesab edirdi ki, tibbin vəzifəsi yalnız müalicə ilə məşğul olmaq deyil, həm də xəstəliklərin qarşısını almaqdır: həkim xəstənin yalnız mühüm xəstəliyin müalicəsi ilə deyil, onun bütünlükdə müalicəsi ilə məşğul olmalıdır. Botkin elmi fəaliyyətinin ictimai işlə əlaqələndirərək 1861 – ci ildə pulsuz ambulatoriya 1880 – ci ildə isə Peterburq rus həkimləri cəmiyyətinin sədrikən cəmiyyət tərəfindən pulsuz xəstəxana açılmasına nail olmuşdur. (indi bu xəstəxana Botkin adını daşıyır.) Moskvanın böyük xəstəxanalarından birinə Botkinin adı verilmişdir. Virus hepatitis xəstəliyinin infeksion mənşəli olduğunu ilk dəfə Botkin irəli sürmüşdür.
Botkin xəstəliyi – infeksion sarılıq - əsasən, qara ciyərin zədələnməsi ilə xarakterizə edilən kəskin virus xəstəliyi. Xəstəliyin infeksion xarakterli olduğunu ilk dəfə rus alimi Botkin müəyyən etmişdir.
Vavilov Nikoloy İvanoviç (25.11.1887 Moskva – 26.01.1943 Saratov). Sovet genetiki, bitkiçi. Coğrafiyaşünas. Müasir seleksiyanın əsasları, mədəni bitkilərin mənşəyi və onların coğrafi yayılması haqqında təlimin yaradıcısı; SSRİ – də biologiya və kənd təsərrüfatı elmlərinin ilk təşkilatçılarından və rəhbərlərindən biri, ictimai xadim.
Vavilovun rəhbərliyi və iştirakı ilə Ümumittifaq Bitkiçilik İnstitutunda 300 mindən çox mədəni bitki nümunəsi olan zəngin dünya kolleksiyası yaradılmışdır. 1919 –cu ildə Vavilov yoluxucu xəstəliklərə qarşı bitkilərinimunitetinə dair təlimi əsaslandırdı. 1920 bitkilərdə iris dəyişkənliyin homoloji sıralar qanununu irəli sürdü. O bitkiçilər və seleksiyaçılar məktəbinin banisidir. Vavilovun 350-dən çox əsəri dünya biologiya elmi xəzinəsinə daxil olmuşdur. Vavilov elmi tədqiqatlarına görə bir çox mükafat almış N.M.Prejevalski ağ qızıl medal və ÜİKTS-nın böyük qızıl medalı ilə təltif edilmişdir. 1967 –ci ildə Ümumittifaq Bitkicilik İnstitutuna və Ümumittifaq Genetiklər və Seleksiyaçılar Cəmiyyətinə Vavilovunn adı verilmişdir.
Vavilov Azərbaycanda Ümumittifaq Bitkicilik İnstitutunun Mərdəkan şöbəsinin yaradılmasında iştirak etmişdir.
Vernadski – Vladimir İvanoviç (12.03.1863 Peterburq – 06.01.1945 Moskva). Geokimya, Biogeokimya və radiogeologiyanın banisidir. Mineralların və mineral assosiasiyalarının əmələ gəlmə proseslərini, onların geoloji mühitdən asılı olaraq dəyişilməsini öyrənməklə, minerologiyada genetik istiqamətin əsasını qoymuşdur. Vernadski müasir biosfer haqqında təlimin banisidr. Biosferdə canlı orqanizmlərin məcmusunu o, canlı maddə adlandırmışdır. Vernadski elmi yaradıcılığında materializm mövqeyində durmuşdur. Elmi tədqiqatlarda fəlsəfənin rolunu yüksək qiymətləndirmişdir, təbiətşünaslığın məntiq və metodologiyasını işləyib hazırlamağın zəruriliyini göstərmişdir. Elmi tarixi və nəzəriyyəsinə dair bir sıra əsəri var.
Peterburq Universitetinin professoru olmuşdur, rus, botonik – morfoloqu və bitki coğrafiyaçünasıdı, Peterburq Təbiətçünaslar Cəmiyyətinin əsasını qoyanlardan biridir. Bitkilərin yerüstü veqatativ orqanlarının quruluçundakı qanunauyğunluqları, çiçəklərdə “eybəcərlik” hadisəsini öyrənmiş və morfoloji təbiətini aydınlaşdırmışdır. Rus Bitki coğrafiyaşünaslar məktəbinin banisidir. Görkəmli botaniklərdən K.A. Timiryəzev, B.L.Kamarov və başqaları Beketovun yetişdirmələridir.
Musa Musayev
Musa Musayev
Musa Əbdürəhman oğlu Musayev 27 dekabr, 1921-ci il tarixində, Azərbaycan Respublikası, Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdi.Xeyli parazit və sərbəst yaşayan ibtidailərin (Protozoa) morfoloji xüsusiyyətləri və sistematikası tədqiq edilmişdir, ekoloji parazitologiyanın bəzi məsələləri işlənilmişdir. Məməlilər və quşlardan 150-dən çox elm üçün yeni koksidi növü təsvir edilmişdir, onlardan 15-nin həyat tərzi açıqlanmışdır. Koksidilər heyvanların bağırsaq, qan və başqa toxumalarında parazitlik etdikdə hüceyrə və orqanizm səviyyəsində parazit-sahib münasibətlərinin biokimyəvi və s. mexanizmləri tədqiq edilmişdir. Azərbaycanda zooloji tədqiqatların çoxillik nəticələri çap olunmuş monoqrafiyalarda ümumiləşdirilmişdir.
Həsən Əliyev 15 dekabr 1907-ci ildə Zəngəzur qəzasının Comərdli kəndində anadan olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitunun elmi işlər üzrə direktor müavini (1944-1949), eyni zamanda Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Pedaqoji Universiteti) baş müəllim (1945-1949), Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitunun direktoru (1949-1952), Azərbaycan Kənd Təsərrüfatı nazirinin birinci müavini və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitənin katibi (1952), Azərbaycan Milli Elmlər Akademiyası akademik-katibi (1952-57), Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitunda laboratoriya müdiri (1957-1967), Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitunun direktoru (1968-1993) vəzifələrində işləmişdir. Əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edir.. Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi sahəsində onun xidmətləri əvəzsizdir. O, kütlələrin ekoloji tərbiyəsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət verirdi. Dünya Universitetinin elmi və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü olmuşdur.
Əhməd Rəcəbli Cabbar oğlu (14.7.1898-15.12.1963.Bakı.) Profesor, Azərbaycan SSRİ Kənd Təsərrüfatı EA-nın akad-i idi (1958). Təhsilini İtaliyanın Peruca şəhərində almışdır .1930-1945 –ci illərdə təşkil etdiyi Zaqatala Kənd Təsərrüfatı texnikomunun direktoru, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri olmuş, 1945 – ci ildən ömrünün axrınadək Azərbaycan Elmi – Tədqiqat Bağçılıq, Meyvəçilik və Subtropik Bitkilər İnstitutunda şöbə müdiri işləmişdir. Bir çox bitkilərin introduksiyası və seleksiyası ilə məşğul olmuş, yer fındığı, tütün, kənaf, soya, yer alması və başqa bitkiləri ilk dəfə təsərrüfata yaymışdır. “Azəri” “Pərzivan”, “Basar” buğda sortlarını “Ərəşi - 11” çəltik sortunu, “Zaqatala 294/1”, “Pərzivan 46/2”, yerfındığı həmçinin alma, heyva, şaftalı, ərik və alçanın yeni sortlarını yaratmış, Azərbaycan şəraitində meyvə bitkilərindən yüksək və sabit məhsul almaq üçün aqrotexniki tədbirlər hazırlamışdır.
Konstantin İvanoviç Skryabin (07.12.1878, Peterburq – 17.10.1972, Moskva). SSRİ.də hermintologiya elminin banisi. RSFSR, Qırğısıztan SSR və Özbəkistan SSR əməkdar elm xadimi. Skryabin tələbəlik illərini Şuşa şəhərində keçirmişdir. (1904) 1945-ci ildə Skryabin Azərbaycana gəlmiş və onun səyi nəticəsində Azərbaycan SSRİ EA Zoologiya institutunda helmintologiya laborotoriyası açmışdır. Tədqiqatı helmintlərin morfologiya, biologiya, filogeniya, sistematika, ekologiya, epizotologiya və epidemialogiyasına həsr etmişdir. 1919-cu ildən Skryabinin iştirakı və rəhbərliyi ilə SSRİ.də o cümlədən Azərbaycanda (1930-cu ildə) helmint faonasını öyrənən 300dən artıq ekspidisiya aparılmışdır.Skryabin 200-dən çox yeni helmint növünü kəşf və təsvir etmiş, 120 yeni helmint cinsini elmi sürətdə əsaslandırmışdır.Skryabinin kadr hazırlamasında mühüm xidməti var. S.M.Əsədov, Z.M. Şaxmaxtinskaya və başqaları Skryabinin yetişdirmələridir.
Volta Aleksandro (18.02.1745-05.03.1827) İtalyan fiziki fizioloq
elektrik haqqındakı təlimin banilərindən biridir. 1803-cü ildən ilk qalvanik elementi düzəltmişdir. Elektrik gərginliyi vahid Volt onun adını daşıyır. Volt müqayisəli fizioloji təcrübələr apararaq heyvan sinirlərində (əzələlərə nisbətən), həmçinin bağırsaqların saya əzələlərində (skelet əzələlərinə nisbətən) və mədədə böyük elektrik oyancılığı olduğunu müşahidə etmişdir. İnsanın görmə və dad orqanlarının elektrik qııcıqlanmasını aşkara çıxarmışdır. Həmin işlərin fizioloji təcrübə metodları tarixində böyük rolu olmuşdur
Volta Aleksandro (18.02.1745-05.03.1827) İtalyan fiziki fizioloq
elektrik haqqındakı təlimin banilərindən biridir. 1803-cü ildən ilk qalvanik elementi düzəltmişdir. Elektrik gərginliyi vahid Volt onun adını daşıyır. Volt müqayisəli fizioloji təcrübələr apararaq heyvan sinirlərində (əzələlərə nisbətən), həmçinin bağırsaqların saya əzələlərində (skelet əzələlərinə nisbətən) və mədədə böyük elektrik oyancılığı olduğunu müşahidə etmişdir. İnsanın görmə və dad orqanlarının elektrik qııcıqlanmasını aşkara çıxarmışdır. Həmin işlərin fizioloji təcrübə metodları tarixində böyük rolu olmuşdur
MirzəağaƏlizadə Hacıbala oğlu (15.3.1910,Bakı) Biologiya e.d. Azərbaycan Elimi-Tədqiqat Çoxillik Bitkilər Əkinçilik İn-tuda laboratoriya müdüri olmuşdur.1961- ci ildən AEA Genetika və Seleksiya İn-tunda bitgi fiziologiyası laboratoriyasının rərbəri olub. Əsas işləri çay bitkisinin fiziologiyasına ,bitgi hüceyrəsində nukleyin turşularının, xüsusən dezoksiribonukleyin turşusu dinamikasının tədqiqinə həsir edilmişdir.
Yusif Əbdürrəhman Ələkbər oğlu (18.5.1912, Şəki-30.11.1977,Bakı) .Biologiya e. d .Azərbaycan EA m.üzvü-1945-ildən Zoologiya İn-tunda işləmiş,1952ildən ömrünün axırınadək həmin in-tda ixtiolodiya laboratoriyasında rəhbəlik etmişdir Əsərləri Xəzər dənizi və su hövzələrinin balıq təsərrüfatı və faunasının tədqiqinə həsir edilmişdir.100-dən artıq elimi əsərin, ocümlədən 3monoqrafiyanın müəllifi,zoologiya terminləri lüğətinin tərtibçilərindəndir.
Lütfi Zadə
Lütfi Zadə Azərbaycan əsilli alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru. Bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri. Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir. Kaliforniyanın Berkl şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır
Комментариев нет:
Отправить комментарий