"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev

31 июл. 2011 г.

Ramazan Oruc


İlin on iki ayının biri də Ramazan ayıdır.Dinimizə görə mübarək ayıdr.Bu aya srəbr ayı da demək olar.
Ramazan ayı duaların daha çox dəbul edildiyi bir aydır. Oruc tutmaq bir xoşbəxtlikdir.Çünki bunun üçün fiziki və mənəvi gücün olması,sağlamlıq və ayıq baş gərəkdir.Əgər bunlar varsa deməli sağlam insandır,Allaha ibadətini əksiltmirsə deməli Allah ona bu xoşbəxtliyi bəxş edib.
Ramazanın və bu ayda oruc tutmağın fəziləti ilə əlaqədar çox sayda hədislər var. Bunlardan bəzilərini oxuyucularıma çatdırmaq istərdim:
-Ayların ən şərəflisi Ramazan ayı, günlərin ən şərəflisi isə Cümə günüdür.
- İnsanlar Ramazan ayının üstünlüklərini bilsəydilər, bütün ilin Ramazan ayı olmasını istəyərdilər.
- Ramazan ayı sizə bərəkət ayı olaraq gəlib. Allah Təala bu ayda sizi rəhməti ilə əhatə edər, məğfirət endirər, səhvləri silər, duaları qəbul edər. Uca Allah bu ayda xeyir işlərdəki yarışlarınıza baxaraq mələklərinə sizinlə iftixar edər. Allah üçün xeyirxah işlər edin. Çünki bədbəxt insan bu ayda Allahın rəhmətindən məhrum olan insandır.
- Ramazan gecələrində Allaha inanaraq və mükafatını Allahdan gözləyərək ibadət üçün yuxudan duran insanın əvvəlki günahları bağışlanar.


1 комментарий:

  1. Анонимный2/8/11

    SALAM. NECƏSİZ CANİMİZ FATİMƏ MÜƏLLİMƏ? SİZİ VƏ BÜTÜN MÜSƏLMAN ƏHLİNİ 11AYIN SULTANI OLAN RAMAZN AYİNİ ÜRƏKDƏN TEBRİK EDİRƏM.ALLAH HAMİNİN ORUC VE DUALARINİ QƏBUL ETSİN. SEVİNC L-207

    ОтветитьУдалить

Related Posts Plugin for WordPress, Blogger...

Krosword