"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev

5 янв. 2012 г.

Biz niyə asqırırıq?

 İnsanlar asqırdıqdan sonra “sağlam ol”, cümləsinə istinad edir.
Bizə elə gəlir ki, asqırma (latınca sternutatio) sadə bir refleksdir. Amma əslində asqırma zamanı bədənin bir çox hissələri çalışır. Asqırma burun boşluğuna daxil olmuş yad cismin, elementlərin və qıcıqlandırıcıların xaric olmasını təmin edən təbii refleksdir. Yad cisim dedikdə toz, istiot, tüstü, bakteriya, viruslar və s. başa düşülür.
 Bunlardan əlavə asqırma nəm mühitdə olduqda, kəskin qoxular, havanın kəskin dəyişməsi, xüsusilə soyuq hava və parlaq gün işığına qarşı da yarana bilər. Yad agentlər qıcıqlanma yaradır və bu qıcıqlanma haqda informasiya beyinə ötürülür, beyin də öz növbəsində aldığı məlumatları döş, qarın əzələlərinə, səs tellərinə, boyuna, üzə və gözlərə ötürülür. Asqırma zamanı spontan olaraq ağız və burun boşluğundan hava xaric olur, nəticədə spesifik səs yaranır. Asqırmaq, ümumiyyətlə bədənin rahatlaşmasına, dincəlməsinə, bəzi mikrobların bu yolla uzaqlaşmasına və insanın sağlam olmasına səbəb olur.
Hava burundan saatda 150 km sürətlə çıxır və 40 minə qədər selik damlası xaric edir. Bu fizioloji reaksiya təxminən 90 trilyon qan hüceyrəsinin qan içərisində bir axınla davam edən vəziyyətidir. Alimlər qeyd edirlər ki, əgər havanın 100%-i insan bədənində olduğu təsirdə qalsaydı, bir insanı 4 metrə havaya qaldıracaq qədər güclü olardı. İngilis alimləri insanların dördə birinin günəş işığına məruz qalaraq asqırdığını müəyyən ediblər. Bir asqırmaq zamanı 85 milyon bakteriya ətrafa yayıla bilir. Doğuş ərəfəsinə yaxın bəzən hamilə qadınlarda asqırmanın çoxalması müşahidə edilir, bu da onların orqanizmində hormonal dəyişikliklərlə əlaqədar olaraq burunun selikli qişasında yaranmış ödem və şişkinliklə bağlıdır. Qaşdakı tüklərin qopardılması və fiziki aktivlik də asqırma yaradır.
Biz asqırma zamanı gözlərimizi yumuruq. Mütəxəssislərin bəziləri bildiriblər ki, bu reflektor akt olduğuna görə gözlər də bu zaman qorunma məqsədilə reflektor olaraq bağlanır, bəziləri isə bunu sadəcə asqırma refleksində göz əzələlərinin iştirakı ilə əlaqələndirib. Bəzən gözlərə toxunduqda da asqırma yarana bilər. Beləəyyən ediblər ki, parlaq işığın təsirindən yaranan asqırma irsi yolla ötürülür. Asqırma zamanı hava 2-3 metr məsafəyə qədər yayıla bilər. Bu zaman xaric olan bakteriyalar hava kütləsi ilə 45 metr əraziyə qədər yayıla bilir.

Комментариев нет:

Отправить комментарий

Related Posts Plugin for WordPress, Blogger...

Krosword