14 İyun – Ümumdünya
Qan Donoru Günü könüllü qanvermənin əhəmiyyəti barədə insanların məlumatlandırılmasına,
daha çox insanların könüllü donorluğa həvəsləndirilməsinə xidmət edir. Donor sözü “ Bağışlayan”
deməkdir.
Donor qanı yeni həyat verir, başqasının həyatını xilas edir. Könüllü, təmənnasız verilən qan təhlükəsiz qandır.Qan verən insan zərər çəkmir, əksinə, qan vermək xeyirlidir.
Müasir təbabətdə həkimlərin əlində çoxlu müalicə vasitələri olmasına
baxmayaraq, ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün əvəzsiz
rol oynayan canlı dərman donor qanıdır. Mürəkkəb cərrahi əməliyyatlar və qan
itirmələrdə, xroniki qan azlığında, qanın irsi və qazanılmış xəstəliklərində,
onkoloji xəstəliklərdə, daxili orqanların (ürək, böyrək, mədə-bağırsaq, qara
ciyər və s.) müxtəlif xəstəliklərində qandan və ya qandan hazırlanmış
preparatlardan geniş istifadə olunur. Qandan belə geniş istifadə edilməsi ona
olan tələbatı da artırır. Bununla əlaqədar olan məsələlərin həllində qan
donorluğunun, xüsusən təmənnasız donorluğun böyük əhəmiyyəti vardır. İnsanların
donorluğa östərdiyi rəğbət, insanpərvərlik, xeyirxahlıq və həmrəyliyi bu işin təşkilinə
böyük kömək edir.Donor qanı yeni həyat verir, başqasının həyatını xilas edir. Könüllü, təmənnasız verilən qan təhlükəsiz qandır.Qan verən insan zərər çəkmir, əksinə, qan vermək xeyirlidir.
EHTIYACI OLANLAR UCUN QAN VERMEK HER BIR INSANIN INSANLIQ BORCUDUR..bILAL..bkk
ОтветитьУдалитьBilal coxsağol fikirinə görə.Bloqu oxuduğu üçün minnətdaram.
ОтветитьУдалить