
Salam, sizinlə Cəlilova Fatimədir. Sizi öz bloqumda görməyə şadam.
31 мая 2011 г.
Endogamy haqqında nə bilirsiniz?

26 мая 2011 г.
Respublika Günü!!!
28 may 1918 ci il Azərbaycanın ən parlaq və unudulmaz
tarixi günlərindən biri yəni Azərbaycanın istiqlal günüdür.
Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət əsrin
sonunda yenidən bərpa olundu. 1918–ci ilin May aynının 28–də Azərbaycan milli
şurası istiqlal bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan
Demokratik Cümhuriyyəti yarandığını e’lan etdi. Bu tarixi sənədə görə
Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil
Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan xalq
cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların
siyasi hüquqlarını təmin etməlidir.
20 мая 2011 г.
Son Zəng

Bu bayram hər
bir tələbənin xatirəsində
ən xoş xatirələrlə
yadda qalır. Son zəng bizi
tərk edən uşaqlığın
simvoludu. Bu artıq adi zəng
deyil, bu zənglə həyatımızın
müəyyən bir hissəsi
ilə vidalaşıb, naməlum bir gələcəyi qarşılayırıq.
Elə buna
görə də son zəng bir
az kədərlidi. Bu günü tələbələrin
yanaqlarında göz yaşları parıldayır. Lakin bu
göz yaşları bir
az da sevinc
göz yaşlarıdır. Təbii ki,
heç bir son
zəng musiqi və şerlərsiz
keçirilmir. Son zəngdə tələbələr
müəllimlərə onların müdrikliyi
və səbrlərinə görə
təşəkkür edir. Kollec
onlara dostluğu, sevməyi, yaşamağı öyrətdiyinə
görə minnətdarlıqlarını bildirirlər.
Əziz balalarım, sizə uğurlar diləyirəm!
17 мая 2011 г.
16 мая 2011 г.
Təlim kursları
Nəhayət, təlim kursları bizim kollecimizdə fəaliyyətə başladı. İlk təlim qrupları arasında mən də vardım.Təlim-kursunu "Mədəd" təşkilatından Elektron məktəb kursunun təlimçisi Mustafayev Rəhim aparırdı.Biz bu kursda "Elektron məktəb" və "Elektron dərslər "idarəetmə
proqramları ilə tanış olduq və bu proqramların bütün imkanlarını
öyrəndik. Elektron jurnalı ilə işləmək, testlər yaratmaq,dərslərdən
testlərin generasiya etməsi, kursun yaradılması, HTML sənədlərin
yüklənməsini öyrəndik.Təhsil portalında qeydiyyatdan keçdik, bu
portalın bütün imkanları ilə tanış olduq. Təhsil Portalı
açar sözlər
elektron jurnal,
müəllim,
təhsil portalı,
valideyin
Ekologiya

15 мая 2011 г.
QƏLƏBƏ
14 may Düsseldorfda Avropanın ən populyar musiqi müsabiqəsinin çoxdan gözlənilən finalı baş tutdu. Azərbaycan təmsilçilərinin möhtəşəm şousu Avropanın ürəyini fəth etdi. 221 hal toplayaraq, Eldar Qasımov və Nigar Camal, Ukrayna, İsveç və İtaliya təmsilçiləri ilə asan olmayan mübarizədə qalib oldular, və Eurovision iştirakçiları siyahisinda ilk pilləni qazandılar. Azərbaycanı qələbə ilə təbrik edirəm və Eldar ilə Nigara bu fəxr və sevinc anlarına görə təşəkkürümü bildirirəm. Gələn il Eurovision müsabiqəsi Bakida keçiriləcək! Biz səbirsizliklə hamını Azərbaycanın paytaxtında gözləyirik!
12 мая 2011 г.
Tələbə. Azad fikir. Düşüncələr. Təkliflər…
Bəzən çox adi şeylər arzulayırıq, bəzən
də mümkünsüz arzuların həyata keçməsini istəyirik.
Amma həyatda elə insanlar da var ki,
istəkləri, arzuları heç vaxt reallığa çevrilməyib,
ya da ki, gerçəkləşən arzuları çox kiçik
olduğu üçün, onları qane etməyib.
Gənc tələbələr, çox istərdim ki, sizin
arzularınız, fikirləriniz, təklifləriniz həyata keçsin!
Həyat çox maraqlı, keşməkeşli yoldur. Bu yolda sizə
uğurlar, yeni nailiyyətlər və tələbəlik həyatında
düzgün, tərbiyəvi adət - ənənələrimizi yaddan
çıxartmayasınız, vətənimizə layiqli övlad olasınız!
Əziz tələbələr, bu səhifədə istəklərinizi,
düşüncələrinizi, suallarınız, təhsillə bağlı fikirlərinizi yaza bilərsiniz.
10 мая 2011 г.
Gözəllik bayramı

Həmin gün mən də öz qrupumun tələbələri ilə birlikdə Gül bayramında iştirak etdik, dənizkənarı parkda incəsənət
nümayəndələrinin konsertini seyr etdik
9 мая 2011 г.
Valideyn təklifləri

Valideynlər
uşaqlara onların yaşına
müvafiq tələblər verməli,
nəinki həmin tələblərə
əməl olunmasına diqqət
yetirməli, həm də
onlara müstəqillik verməli, ailə
problemlərinin müzakirəsinə cəlb
etməli, uşaqları narahat
edən məsələləri onlarla
birlikdə müzakirə etməlidir. Valideynlər bu
yolla uşaqlarda iradə
və xarakterin inkişafı,
məsuliyyət hissinin formalaşması
üçün şərait yaradır.

Valideynlərin uşaqların həyatındakı
rolunu qiymətləndirmək çətindir.
Buna görə də
çox istərdim ki,
onlar bunu başa
düşsünlər və uşaqların
tərbiyəsində daha da
yaxından iştirak etsinlər.
Bu
səhifəni yaratmaqda məqsədim valideynlərlə münasibət qurmaq, onların
təklif və fikrlərini, arzularını bilməkdir.Şərhlərinizi gözləyirəm.
4 мая 2011 г.
KURATOR

2 мая 2011 г.
Tezliklə Elektron jurnalımız olacaq

Подписаться на:
Сообщения (Atom)