"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev

31 мая 2011 г.

Endogamy haqqında nə bilirsiniz?

Sabah 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu münasibətlə bu  məqaləni yazmağı özümə borc bilirəm "Uşaqlar bizim gələcəyimizdir" kəlmələri hamıya məlumdur və birmənalı anlaşılır. Amma gəlin, bu kəlmələri daha diqqətlə oxuyaq və daha dərindən düşünək. Bizə xəstə nəsil lazımdırmı? Xəstə uşaqların doğulmasının səbəbləri çoxdur. Azərbaycanda bu səbəblərdən ən çox yayılmışı qohum evliliyidir.
 
Qohum evlilər eyni soydan gəldikləri üçün ana və atanın eyni genin sürətini daşıyırlar. Qohum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəlir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur.
Qohum nikahlar genetik xəstəlikləri artıran önəmli faktordur.  Aparılan sorğuda qohum evlilərə "indi belə bir evliliyə razı olardınızmı?" sualı verilib. Əksəriyyət çox peşiman olduğunu, "bu günkü ağlımızla heç vaxt evlənməyə razı olmazdıq" deyiblər.
          Qohum evliliyi eyni qandan olan insanların ailə həyatı qurmasıdır. Qohum evliliyinin genetik xəstəliklərə yol açma riski olduqca yüksəkdir və təqribən dünya əhalisinin 20% bu problemdən əziyyət çəkir. Tibb elmi inkişaf etdikcə bu problemin səbəbləri araşdırılmış və eyni qandan olan iki sağlam insanda mövcud ola biləcək hər hansı bir xəstəliyin onlardan olan körpəyə keçdiyi məlum olmuşdur.
          Bəs hansı qohumların evlənməsi bu problemlərə yol aça bilər mütəxəsislər göstərir ki, eyni qandan olan əmi oğlu-əmi qızı, xala oğlu-xala qızı, bibi qızı-dayı oğlu, dayı qızı-bibi oğlu və bu kimi eyni genə malik qəbildən olan qohumluqlar bir çox genetik xəstəliklərin yaranmasına və körpənin şikəst olaraq dünyaya gəlməsinə səbəb olur.
          Tibbdə Endogamy adı verilən qohum evliliyinin islam ölkələrində daha geniş yayıldığı bildirilir.

          Qohum evliliyində ən çox rast gəlinən xəstəliklər aşağıdakılardır.
  • Anomaliyalar
  • Deffektlər
  • Eybəcərliklər
  • Qan xəstəlikləri
  • Ürək damar xəstəlikləri
  • Şəkər xəstəliyi
  • Əqli zəiflik
  • Fiziki çatışmamazlıqlar 
Əziz oxuyucular bu məqalənin davamı olacaq, öz fikrlərinizi bildirə bilərsiniz
Qan qohumluğunun nəticələri
Bioloji əsaslara əsaslanaraq qohum olmayan və qohum olan ailələrdə ölüm hallarını müqayisə etdikdə qan qohumluğu nigahlarını zərərini dərk etmək çətin deyil. Qohumlararası  nigahlarda hər yaş dövründə nəsildə ölüm faizi qohum olmayanlara nisbətən çoxluq təşkil edir. Müxtəlif yaşlarda (0-20yaşlarda) ölüm, qohum olmayanlarda (2,4-6%) olduğu halda iki arxa sibslər (əmi,dayı, bibi, xala uşaqları) arası nigahlarda 8.9-9.6% təşkil edir. Qohum olmayan və qohum olan ailələrdəki nigahlardan alınan nəslin çəki və boyları arasında da böyük fərqlər müşahidə edilir.
 Fiziki və pisixi xəstəliklərin, deffektlərin sıxlığı öyrənildikdə qohum olmayan və qohum olan nigahlardan törəyən nəsildə fərqlər aydın sürətdə gözə çarpır.
Ümumiyyətlə qohum nigahların adi ailələrə nisbətən qohum ailələrdə ölüm çox olur: qan qohumluğu nə qədər yaxın olsa doğulan uşaqlar arasında ölümün miqdarı da bir o qədər artır. Ümumiyyətlə əhali arasında rüşeym dövründə ölümün miqdarı 1000 adama 40 düşürsə, əmi, dayı, bibi, xala uşaqları arasındakı nigahlardan törəyən nəsil arasında ölüm 1,5-2 dəfə çox olur.
Zənn edək ki, kim isə çox təhlükəli 1 resessiv genə görə heteroziqotdur. (Aa) həmin gen homoziqot (aa) vəziyyətdə vaxtından əvvəl ölümə səbəb olur, eybəcərlik və ya anomaliya yaradır. Bu adamın II dərəcəli sibsi həmin genə 1/8 ehtimalda malik olacaq. Lakin onların övladlarının xəstəliklə dünyaya gəlmə ehtimalı ¼ ×1/8=1/32 və ya 3,1% təşkil edəcəkdir. Deməli onların övladlarının 96,9% - i və əlamətə görə sağlam olacaqdır. Yəni qohumluq azaldıqca xəstəlik ehtimalı da azalır.
            Faktları nəzərə alsaq hər kəs ailə quranda yaxşı fikirləşməlidir.



 

1 комментарий:

  1. Анонимный1/6/11

    Çox faydalı və maraqlı bir yazıdır. Bilmədiklərimi də öyrəndim. Məqalənin davamını səbirsizliklə gözləyəcəyəm.

    ОтветитьУдалить

Related Posts Plugin for WordPress, Blogger...

Krosword