"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev

4 мая 2011 г.

KURATOR


Tədris  qruplarında  bu  işi  adətən  qrup  rəhbəri ya qrup nümayəndəsi həyata keçirir.Qrup  rəhbərinin  işi  bir  çoxları  üçün  “kadr  arxasında”  qalır.  Qrup  nümayəndəsini  biz  hər  gün  görürük, onunla söhbət edə bilirik.  Kuratorların arasında çox maraqlı, yaradıcı səmiminadir şəxsiyyətlər vardır! Qrupa  rəhbərlik etmək böyük     pedaqoji  səriştə  tələb  edir. Yuxarı sinif şagirdləri, tələbələr üçün bu , olduqca  zəruridir.  1-ci  kursda  adaptasiya  olunmağa  köməklik   zəruridirsə , axrıncı  kursda  özünümüəyyənetmədə  buna, ehtiyac  o qədər də çox deyil. Bu  funksiyanı  yalnız  qrup  rəhbərləri  həyata  keçirə  bilər. Hər kursda  oxuyan  tələbələrin  psixologiyaları  müxtəlif  formalarda  olur. Qrup rəhbərinin  professionallığı    tələbələrdə fərdi  xüsusiyyətləri,  mövcud  professiyada  olan  adekvatlılığı  yaratmaqda özünü göstərir.  Qrup  rəhbərlərini   yerinə yetirdikləri  vəzifələrin  dairəsinə  görə  bir  neçə  qrupa bölmək  olar:
Kurator-informant: Bu  zaman  kuratorlar  tələbələrə  informasiya  vermələrini  ( dərs  cədvəli, tədbirlər  və  s.  haqqında ) özlərinin  yeganə  vəzifəsi  hesab  edirlər. Bu  zaman  onlar  qrupun  həyatına  müdaxilə  etməyi  lazımsız  hesab  edirlər. Belə  ki,  tələbələri  artıq  yetişkin,  öz  qərarların özləri sərbəst  verə  biləcəklərini  hesab  edirlər. Kurator təşkilatçı:  Kurator  dərsdən  kənar  tədbirləri  təşkil  etməyi  vacib  hesab  edir. Öz  vəzifələrinin  sırasına  o,  həmçinin  qrup  nümayəndəsinin seçilməsində  iştirakını  və qrup  daxilindəki  münaqişələri  həll  etməyi  də  aid  edir. Kurator- psixoterapevt: Kurator  tələbələrin  şəxsi  problemləri  ilə  çox  yaxından  tanış olur və bu problemləri həll etməyə çalışır, onlara  psixoloji  dəstək verir. Kurator – valideyn: Kurator  tələbələrlə  münasibətdə  valideyn  rolunu  həyata  keçirir. O, onlara  həddən  artıq  nəzarət  edir, tələbələrin  şəxsi  məsələlərinin  həllini öz boynuna  götürür    qəbul  etdiyi  qərarların  yerinə  yetirilməsini  tələb  edir. Çox  vaxt   belə  kuratorlar  yaşca  daha  böyük  olur    tələbələrlə münasibətdə  daha  çox  öz  həyat  təctübələrinə  arxalanırlar. Kurator- dost: Bu  zaman  kurator  tələbələrin  həyatı  ilə  yaxından  maraqlanır,  onların  tədbirlərində  aktiv iştirak  edir, tələbələr  kuratora  qrupun  bir  üzvü  kimi  baxırlar, ona  görə    bəzən qayda - qanun  zəif  olur.  Çox  zaman  belə  kurator  kimi  cavan  kadrlar    ya  aspirantlar olurlar. Kurator –qayğısız  tələbə:  Kurator  hər  hansı  vəzifənin  yerinə  yetirilməsini  vacib  hesab etmir. O,  sadəcə  olaraq  formal  kurator  adlanır. Kurator – administrator:  Belə  kuartorlar  əsasən  öz  vəzifələri  kimi  yalnız  tələbələrin  davamiyyətini  yoxlamağı, onlara  rəhbərlik  etməyi, rəhbərliyin  məlumatlarını  onlara  çatmağı  hesab  edirlər.

 Bu yazılarıma oxuyucularımın fikrini bilmək mənə maraqlıdır.
 
      

2 комментария:

  1. Анонимный24/5/11

    Fatimə xanım mən bir valideyn olarağ sizdən çox razıyam... Fərqi yoxdu hər bir şagirdə öz övladıvız kimi yaxınlaşırsız.ona görə də hər bir şagird sizi çox sevir.

    ОтветитьУдалить
  2. Анонимный5/6/11

    Salam Fatime xanim. Size oz minnetdarligimi bildirirem ki, usaqlarimizin qeydine oz usaginiz kimi qalirsiz. Agayeva Firuze

    ОтветитьУдалить

Related Posts Plugin for WordPress, Blogger...

Krosword