Sentyabrın
18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir
bəy Hacıbəyovun doğum günüdür. Üzeyir bəyin doğum gününün
musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli
Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.
Həmin gün təkcə musiqisevərlərin deyil, həm də xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki onun qəlbində Üzeyir bəyə məhəbbət, onu ölməz sənətinə hörmət hissi olmasın. böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur.Üzeyir
Hacıbəyov
1908-ci il yanvarın 18-də
Bakıda H. Z. Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur. O, həm də Azərbaycanda musiqili komediya janrının
yaradıcısıdır. Ü. Hacıbəyovun
"Ər və arvad", "O olmasın, bu olsun" ,
"Arşın mal alan" musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır.Ü. Hacıbəyov milli musiqi xəzinəsinə yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə "Koroğlu" operasını, həm də yeni Azərbaycan Respublikasının Dövlət Himnlərinin musiqisinin müəllifidirÜzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik etmişdir. O, müasir bəstəkarlıq məktəbinin beşiyi başında durmuş, onun
qabaqcıl dünya bəstəkarlıq məktəbləri ilə yanaşı dura bilməsi üçün fədakarcasına çalışmışdır. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil
olmuşdur. Görkəmli
musiqi xadimləri
onu "professional Şərq
musiqisinin atası" adlandırmışlar. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının 100 illik
yubileyi YUNESKO-nun qərarı
ilə
beynəlxalq
miqyasda qeyd olunmuşdur.
Комментариев нет:
Отправить комментарий