1977-ci
ilin noyabrında keçirilmiş Hökumətlərarası Dəniz Təşkilatı Assambleyasının 10-cu sessiyasında qərara alınmış “Ümumdünya Dəniz günü” 1978-ci ildən qeyd
olunur. 1980-ci ilə kimi bu gün 17 martda qeyd olunurdu. Hazırki dövrdə isə bu
gün sentyabrın axırıncı həftəsi
qeyd olunur. Bu günün tarixi hər dövlət üçün həmin
ölkənin Beynəlxalq
Dəniz Təşkilatının üzvləri tərəfindən təyin olunur. Azərbaycanda
isə bu tarix 29 sentyabra təsadüf
edir. Bütün dünyada bu bayramın keçirilməsinin
məqsədi
ictimaiyyətin, hökumət və özəl
strukturların diqqətini dənizlərin və
onların bioresurslarının qorunmasına cəlb etməkdir. Ənənəvi
olaraq Dəniz günü dənizlərin və
okeanların insanlar üçün əhəmiyyətindən,
sualtı dünyanın sərvətlərindən və həmçinin
hər bir Yer planeti sakininin onun qorunması üçün nə edə biləcəyindən bəhs edən konkurs, festival formasında keçirilir. Adətən
ictimai təşkilatlar bu bayramı dənizlərin qorunması, çimərliklərin təmizlənməsi
üçün mitinqlərin və
yürüşlərin keçirilməsi ilə qeyd edirlər
Комментариев нет:
Отправить комментарий