Bakıda çərşənbə günü 2-ci beynəlxalq kitab sərgi yarmarkası öz işinə başlayıb. Trend-in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən baş nazirin müavini Elçin Əfəndiyev deyib ki, Azərbaycan müstəqillik əldə
etdikdən sonra müxtəlif sərgi yarmarkalar keçirilib, lakin onlardan ən əhəmiyyətlisi kitab sərgi yarmarkasıdır. "Çünki kitab olmasaydı, heç
bir nailiyyət
əldə etmək olmazdı. Kitab bəşəriyyətin ən böyük kəşfidir", - Əfəndiyev bildirib. Mədəniyyət və
turizm naziri Əbülfəs
Qarayev bildirib ki, kitab sərgi yarmarkasında 25 ölkənin nəşriyyat və
poliqrafiya müəssisələri iştirak edib.Nazirin sözlərinə görə, belə
yarmarka Bakıda iki ildən
bir keçiriləcək, bu isə ölkədə
poliqrafiya işinin təkmilləşdirilməsinə
və kitabsevərlərin sayının artmasına kömək edəcək.
Bizim Kollecimizdə sərgiyə dəvət
almışdıq.. I-II-III-kurs tələbələri ilə Təlim Tərbiyyə işləri üzrə direktor
müavini Həsənova Gülnarə xanım və mən kitab sərgisində olduq.Tələbələrin
kitablara maraqlarını gördükdə bizə cox xoş təsir bağışladı. Belə sərgilərin
tez-tez təşkil edilməsi oxuçuların daha çox olmasına şərait yaradır. Mədəniyyət və
Turizm Nazirliyinin təşkil
etdiyi sərgiyə görə Bakı Kompüter Kollecinin tələbələri və müəllim kollektivi adından
təşkkürümüzü bildiririk.
Комментариев нет:
Отправить комментарий