"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev

2 февр. 2012 г.

Narkomaniya....


Salam,əziz oxucular, hörmətli tələbələr,valideyinlər,yeniyetmələr,gənclər və kolleqalar.Bugünki söhbətimin mövzusu narkomaniyadır. Son vaxtlar orta məktəblərdə narkotikdən istifadə edən gənclərin sayının çoxalması ölkəmizdə də bu problemin təhükəli məqamlarından xəbər verir.Onların arasında qızların da olması, daha doğrusu,çoxalması bu bəlanın inkişaf səviyyəsindən xəbər verir.Əgər işsiz ,məşğuliyyətsiz, normal həyat şəraiti sürməyən bəzi insanlar problemlərin qarşısında aciz qalıb tüfeyli həyata meyllənərək narkomaniyaya qurşanırlarsa,bəzi imkanlı ailələrin övladları əyləncə növü olaraq narkotikdən istifadə edərək narkomaniyaya düçar olurlar.İstənilən halda  narkomaniyanın inkişafı gənc nəslə dəyən böyük zərbədir.
Olmuş hadisə
Varlı bir ailənin
17 yaşında  yeganə qızı olur.Qızın atası narkotik biznesi  ilə məşğul olurdu...       Həmin qizin  dostları  narkotikə  qurşanırlar.Qiz bir gün “bir dəfə istifadə  eləsəm  nə  olar  ki?”- deyərək  narkotikdən  istifadə  edir...Nəticədə  bir  gün  narkotik  maddənin yüksək  dozasından  istifadə  etdiyi  üçün koma vəziyyətinə düşür.Bütün  dostları onu  o  vəziyyətdə  qoyub  qaçırlar...Narkotik  maddəni  satan  şəxs öz  sahibkarının  yanına  gəlir və deyir: “Bu gün 17 yaşında bir qız narkotikdən  həddən  artıq istifadə etdiyindən ölümcül  vəziyyətə  düşüb.Neyniyək?” Kişi  cavb  verir: “ Sənin nəyinə  lazımdı?Camaatin  qızının dərdi  sənə  qalmıyıbki...Sən işini gör! “.... Bir  neçə  saat  keçəndən  sonra  xəstəxanadan  zəng  gəlir  və  kişinin  qızının  öldüyü  söylənilir...Xəstəxanaya  gəldikdə  Qızının  nə  səbəbdən  öldüyünü  öyrəndikdə cavab: “həddində  artıq  narkotikdən  istifadə”-olur.Kişi   başını  tutaraq hönkürtüylə ağlıyır və “qızımı mən  öldürdüm”- deyir
   Narkomaniyadan müalicə olmaq cox cətindir.Narkotikdən asılılıq  ondan  bir  və ya bir neçə dəfə istifadə etməklə baş verir, lakin  onun caynaqlarından  qurtulmaq çox az adama nəsib olub. Hətta  narkotikdən  can  qurtarmaq barədə  güclü  iradə  yaransa  da  bunu  etmək  çox  çətin  və uzun vaxt  tələb edir. Bu problemi  həll etmək  çox az  adama  nəsib  olub.  Buna  görə  də  ən  yaxşı həll  yolu  narkotikə  toxunmamaqdır!
Seçim edin!
Özün  özünü  qoru!
Öz  ailəni və  dostlarını  narkomaniyadan qoru!
Narkotik asılılıqdan nəfsivi saxla!
Təkrar  istifadəyə  qarşı  özünlə mübarizə et!
Əziz yeniyetmələr və gənclər cox istərdim ki, zərərli vərdişlərdən uzaq olasınız!!!!!

2 комментария:

  1. Анонимный16/2/12

    Fatime xanım bloqunuz menim çox xoşuma geldi.Tebrik edirem sizi elde etdiyiniz o naliyyetlerinize gore ve size uğurlar arzu edirem.Sizinle tanışliğimza bir daha şad oldum.

    ОтветитьУдалить
    Ответы
    1. Mədə sizinlə tanışlığıma görə cox şad oldum.Səzin kimi gənclərə bizim ehtiyacımız var.Blodumda oxucu kimi sizi görmək məni dahada ruhlandırır.Diqqətinizə görə minətdaram.Coxsağol.

      Удалить

Related Posts Plugin for WordPress, Blogger...

Krosword