"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev

22 февр. 2012 г.

XOCALI SOYQIRIMI



Xocalı faciəsi ilə bağlı təbliğat işinin vacibliyini hamımız cox yaxşı bilirik.Bloqumda bunları yazmağı Özümə Borc Bildim1992-ci il fevralın 25-dən 26-na kecən gecə erməni silahlı dəstələri SSRİ dovründə Xankəndi (Stepanakert) səhərində yerləşdirilmis 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin komekliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hucumdan əvvəl, fevralın 25-i axsam cagından şəhər toplardan və agir zirehli texnikadan şiddətli atəsə tutulmaga baslamısdır. Nəticdə şəhərdə yangınlar bas  vermis və fevralın 26-ı şəhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə   qalmiş  təqribən 2500 nəfər əhali yaxınlıqdaki azərbaycanlilar məskunlaşmiş Agdam rayonunun mərkəzinə catmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiciləri dinc əhaliyə dıvan tutdular. 
Bu qırgının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: 
uşaqlar - 63 nəfər; 
qadınlar - 106 nəfər; 
qocalar - 70 nəfər 8 ailə tamamilə məhv edilmişdir; 
25 uşaq her iki valideyninin itirmishdir; 
130 uşaq valideynlərindən birini itirmişdir; 
487 nəfər yaralanmışdir, onlardan: 
uşaqlar - 76 nəfər; 
1275 nəfər  əsir gotürülmüşdür: 
150 nəfər itkin düşmüşdür: 
Dovlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld.rub dəyərində ziyan vurulmuşdur: 
Bu rəqəmlər Ermenistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin sələnkarligi ilə 1988-ci ildə başlamiş və Azərbaycan SSRİ-in tərkib hissesi olan Daglıq Qarabag Muxtar Vilayətinin Ermənistana birleşdirilməsi iddiasinin gercəkləşdirilməsi əsasinda yaranmış Ermənistan-Azərbaycan, Daglıq Qarabag  münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir. 
Xocalı soyqırımının gunahkarları, təşkilatcıları və icracıları layiqli cəzalarına catmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssuf ki, XX əsrdə  genosid və etnik tənziləmə hadisələri baş vermiş tarixi səhidlər olmuşdur. Xocalı faciesi onların sırasında ən dəşhətlilərinə aiddir. Hal-hazırda, bu hadisələrdə hər hansı səkildə iştirakı olmuş şəxslər hələlik oz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt  gələcəkdir ki, onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar. 

2 комментария:

  1. Анонимный28/2/12

    Salam bu bizim qan yaddasimizdi Allah butun olenlere rehmet elesin ruhlari sad olsun cox saqolunki yerlesdirmisiz Sevinc L-207

    ОтветитьУдалить

Related Posts Plugin for WordPress, Blogger...

Krosword