Müasir tələblərə cavab verən avadanlığın təhsil ocaqlarında istifadəsinə böyük tələbat olduğunu nəzərə alaraq, Təhsil Nazirliyinin dəstəyi ilə 2009-cu ildən Mimio İnteraktiv texnologiyaları üzrə Təlim mərkəzi mövcuddur və burada DYMO/Mimio şirkətinin (ABŞ) Azərbaycan nümayəndəliyi tərəfindən bu texnologiyalar üzrə təlim kursları təşkil olunub. Kursu bitirmiş müəllimlər qurğudan dərslərində istifadə etməyi və interaktiv dərs, dərs vəsaiti, çalışmalar və tapşırıqlar hazırlamağı tam şəkildə öyrənmiş olurlar.
Xüsusi olaraq təhsil sistemi üçün yaradılmış DYMO/Mimio texnologiyası müəllimlərə tədris zamanı yeni biliklərin daha asan yolla tələbələrə çatdırılması,
tələbələr
isə daha tez dərslərin qavranılması və mənimsənilməsi üçün düşünülüb. Avadanlıqla yanaşı DYMO/Mimio proqram təminatı, tədris
kontenti (rəqəmsal dərs resursları) və keyfiyyətli təlimi təmin edir. Məhz buna
görə də Mimio interaktiv lövhələri bütün dünyada dövlət təhsili tərəfindən
dəstəklənir.
MİMİO təlim
texnologiyalarının ən üstün cəhəti onun
universal olmasıdır. Müəllimin fəaliyyətini asanlaşdırır, imkanları genişləndirir, az vaxt ərzində daha çox və effektiv iş görülür. Dərsin tipindən asılı olmayaraq, MİMİO qurğusundan istifadə də dərslər çox dinamik olur, tələbələr səylə çalışırlar, məqsədə çatmaq üçün bilik və bacarıqlarını, yaradıcılıq qabiliyyətlərini fəallıqla
nümayiş etdirirlər. İnteraktiv MİMİO qurğusu nəinki
dərsin
rasional təşkilidir, həm də pedaqoji və psixoloji məsələlərin həllidir. MİMİO öyrənmək, anlamaq və yaratmaq imkanı verən vasitədir. Elektron dərsliyin bir çox üstünlükləri mövzuların izahının, məsələlərin həllərinin, interaktiv dərslərin,
tapşırıqların, müxtəlif animasiyalar şəklində verilməsi daha yaxşı mənimsənilməsinə kömək edir.
Hər bir tələbənin müstəqil işləməsinə
imkan yaradır, bu
isə onlarda özünə inam hissini inkişaf etdirir. Mən də bu qurğudan
dərs prosesində geniş istifadə
edirəm.
Комментариев нет:
Отправить комментарий