Mənim fikrimcə, tədris prosessinin əsasını müəllimlə tələbələrin birgə fəaliyyəti təşkil edir. Tələbələrin bilik və tərbiyəsinin keyfiyyəti birbaşa qabaqcıl təcrübələrin müəllimlər tərəfindən istifadə olunmasından asılıdır. Bizim kollecimizdə maraqlı açıq dərslər, bayram tədbirləri keçirən istedadlı müəllimlərimiz çoxdur.Bu dərs və tədbirlərdən istifadə edərək müəllimlər təcrübə mübadiləsi apara bilərlər. Mən dəfələrlə açıq dərslər keçirmişəm.Onu da qeyd etmək istəyirəm ki, heç vaxt özüm və tələbələrim açıq dərslərə hazırlaşmırıq. Səbəbi isə odur ki, kollecimizdə, demək olr ki, hər gün müxtəlif fənlər üzrə açıq dərslər keçirilir.
Artıq 3-4 ildir ki,mənim dərslərimdə prezentasiyalardan istifadə edirəm. Bundan başqa, biz prezentasiyalar müsabiqələri də keçiririk. Bu, tələbələrimizin çox xoşuna gəlir. Onlarda dərsə maraq yaranır və onlar özləri belə müsabiqələrin tez-tez keçirilməsini xahiş edirlər.Bu isə bizim işimizdə olduqca vacib məsələdir. Tələbələrdə bu marağı gördükcə, müəllim də daha böyük həvəslə işləmək istəyir.
Açıq dərslərdən görüntülərə, video-dərslərə vətəqdimatlara burada baxa bilərsiniz.
Комментариев нет:
Отправить комментарий