1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi
Günüdür.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan
“Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı
təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə
həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi
tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd
edilir.
Bütün
demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının
qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının
ən mühüm və ayrılmaz hissələrindən biridir. Nəzərə alsaq ki, uşaqlar bizim
gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə
hamılıqla qoşulmaq bizim borcumuzdur. Valideyn himayəsində olan uşaqların
müdafiəsi ilk növbədə onların valideynləri tərəfindən təmin olunur, amma
valideyn himayəsindən məhrum olmuş uşaqların hamımızın qayğısına və diqqətinə
ehtiyacları var.
Əziz balalarımız və övladlarımız bayramınız mübarək!
Butun usaqlarin Bayrami Mubarek! Usaqlar bizim geleceyimizdi. Sevinc L-207
ОтветитьУдалитьməndə təbrik elirəm uşağları və Fatimə xanım sizin təbrikivizi özümə də götürürəm =)
ОтветитьУдалить