Salam, sizinlə Cəlilova Fatimədir. Sizi öz bloqumda görməyə şadam.
Показаны сообщения с ярлыком Azərbaycan. Показать все сообщения
Показаны сообщения с ярлыком Azərbaycan. Показать все сообщения
24 мая 2012 г.
Bizə yalnız QƏLƏBƏ lazımdır !
açar sözlər
Azərbaycan,
Eurovizion,
mahnı,
mədəniyyət,
mühit,
müsabiqə
3 дек. 2011 г.
3 dekabr Beynəlxalq Əlillər günüdür
Hər il dekabr ayının 3-də Beynəlxalq Əlillər günü qeyd olunur. Beynəlxalq Əlillər günü Rusiya Federasiyasının
təşəbbüsü ilə 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilib. Hər il 3 dekabr tarixində BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur.
25 июн. 2011 г.
Azərbaycan Demokratik Respublika hökümətinin qərarı ilə
ilk müntəzəm hərbi hissə - əlahiddə korpus yarandı.
Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunun yaratmasına
hüquqi əsas verdi.
1991-ci il oktyabrın 9-da Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.
Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən
26 iyun – Silahlı qüvvələr günü
elan edilmişdir və hər il azərbaycan xalqı bunu bayram edir.
15 июн. 2011 г.
Azadlıq, müstəqillik bayramı-QURTULUŞ GÜNÜ
İyunun 15-i dünya miqyasında tanınmış siyasi və dövlət xadimi kimi adını tarixə yazmış şəxs olan Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı – Qurtuluş Günü qeyd edilir.
Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?
"Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur..."
Məqalənin ardını burada oxuya bilərsiniz. Belə bir gözəl yazıya görə müəllifə öz minnətdarlığımı bildirirəm.
26 мая 2011 г.
Respublika Günü!!!
28 may 1918 ci il Azərbaycanın ən parlaq və unudulmaz
tarixi günlərindən biri yəni Azərbaycanın istiqlal günüdür.
Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət əsrin
sonunda yenidən bərpa olundu. 1918–ci ilin May aynının 28–də Azərbaycan milli
şurası istiqlal bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan
Demokratik Cümhuriyyəti yarandığını e’lan etdi. Bu tarixi sənədə görə
Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil
Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan xalq
cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların
siyasi hüquqlarını təmin etməlidir.
15 мая 2011 г.
QƏLƏBƏ
14 may Düsseldorfda Avropanın ən populyar musiqi müsabiqəsinin çoxdan gözlənilən finalı baş tutdu. Azərbaycan təmsilçilərinin möhtəşəm şousu Avropanın ürəyini fəth etdi. 221 hal toplayaraq, Eldar Qasımov və Nigar Camal, Ukrayna, İsveç və İtaliya təmsilçiləri ilə asan olmayan mübarizədə qalib oldular, və Eurovision iştirakçiları siyahisinda ilk pilləni qazandılar. Azərbaycanı qələbə ilə təbrik edirəm və Eldar ilə Nigara bu fəxr və sevinc anlarına görə təşəkkürümü bildirirəm. Gələn il Eurovision müsabiqəsi Bakida keçiriləcək! Biz səbirsizliklə hamını Azərbaycanın paytaxtında gözləyirik!
Подписаться на:
Сообщения (Atom)



