"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev
Показаны сообщения с ярлыком elektron jurnal. Показать все сообщения
Показаны сообщения с ярлыком elektron jurnal. Показать все сообщения

16 мая 2011 г.

Təlim kursları

 Nəhayət, təlim kursları bizim kollecimizdə fəaliyyətə başladı. İlk təlim qrupları arasında mən də vardım.Təlim-kursunu  "Mədəd" təşkilatından Elektron məktəb kursunun təlimçisi Mustafayev Rəhim aparırdı.Biz bu kursda "Elektron məktəb" və "Elektron dərslər "idarəetmə proqramları ilə tanış olduq və bu proqramların bütün imkanlarını öyrəndik. Elektron jurnalı ilə işləmək, testlər yaratmaq,dərslərdən testlərin generasiya etməsi, kursun yaradılması, HTML sənədlərin yüklənməsini öyrəndik.Təhsil portalında qeydiyyatdan keçdik, bu portalın bütün imkanları ilə tanış olduq. Təhsil Portalı

2 мая 2011 г.

Tezliklə Elektron jurnalımız olacaq

Yüksək texnologiyalardan istifadə hər bir təhsil ocağı və müəllimlər üçün təkcə peşəkarlıq əlaməti deyil, həm də tələbələr və onların valideynləri ilə daha rahat,informativ ünsiyyət üsuludur. Bu məqsədlə elektron jurnalların istifadəsi məqsədəuyğundur.Müəllimlər tələbələri və valideynlərlə virtual aləmdə əlaqə saxlaya bilər,valideynlər isə öz övladlarının davamiyyəti, müvəffəqiyyəti ilə tanış ola bilərlər.

25 апр. 2011 г.

Xoş xəbər


Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində Ultra şirkəti e-Təhsil sisteminin tam istifadəsini təhvil verdi.Artıq müəllimlər elektron jurnaldan, elektron dərslərin idarəetmə proqramından və Təhsil Portalından istifadə etməyə başlayıblar.Bu istiqamətdə bizim kollecimizdə də lazımi işlər görülür.Bu məqsədlə may ayından başlayaraq BKK-də treninq-kurslar fəaliyyətə başlayacaq. Kollecimizin bütün müəllimləri həmin kurslarda xüsusi təlim keçəcəklər və elektron jurnal və elektron resurslarla idarəetmə proqramından istifadə etməyə başlayacaqlar.
Related Posts Plugin for WordPress, Blogger...

Krosword