Bəzən çox adi şeylər arzulayırıq, bəzən
də mümkünsüz arzuların həyata keçməsini istəyirik.
Amma həyatda elə insanlar da var ki,
istəkləri, arzuları heç vaxt reallığa çevrilməyib,
ya da ki, gerçəkləşən arzuları çox kiçik
olduğu üçün, onları qane etməyib.
Gənc tələbələr, çox istərdim ki, sizin
arzularınız, fikirləriniz, təklifləriniz həyata keçsin!
Həyat çox maraqlı, keşməkeşli yoldur. Bu yolda sizə
uğurlar, yeni nailiyyətlər və tələbəlik həyatında
düzgün, tərbiyəvi adət - ənənələrimizi yaddan
çıxartmayasınız, vətənimizə layiqli övlad olasınız!
Əziz tələbələr, bu səhifədə istəklərinizi,
düşüncələrinizi, suallarınız, təhsillə bağlı fikirlərinizi yaza bilərsiniz.
