"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev
Показаны сообщения с ярлыком təqdimat. Показать все сообщения
Показаны сообщения с ярлыком təqdimat. Показать все сообщения

14 июн. 2011 г.

”İnnovasiya”- bu gün dəbdə olan bir sözdür.

   ”İnnovasiya”- təkcə yeni texnologiya demək deyil, həm də hər kəsin yeniliyi qəbul etməsi, müasir şəraitə uygun yaşamağa hazır olması deməkdir.   Dünyada sürətlə baş verən dəyişikliklər bizdən də sürətli münasibət gözləyir. Müasir müəlllim müxtəlif pedaqoji texnologiyalardan və proqramlardan sərbəst istifadə etməli və bunları tələbənin şəxsiyyətini nəzərə alaraq onun inkişafına, sağlamlığına, tərbiyəsinə yönəltməlidir, şagirdlərə təhsil prosesinin nə olduğunu anlatmalıdır. 
  Təhsilin effektliyi hər zaman müəllimin hazırlıq səviyyəsindən asılı olub. Bu gün də müəllim təhsil prosesinin mərkəzində durur, sadəcə olaraq, İT-nin təhsilə inteqrasiyası müəllimin rolunu yeniləşdirir. Müəllim, nəinki İKT-dən istifadə etməyi bacarmalıdır, həmçinin fənnə uyğun resursları seçməlidir ki, bu resursların da rəngarəngliyi dərsin maraqlı keçməsinə, qarşıya qoyulan məqsədə nail olmağa imkan versin.
Bu barədə hazırladığım təqdimatı diqqətinizə çatdırıram.

16 мая 2011 г.

Ekologiya

Photo Flipbook Slideshow MakerAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilmişdir. Hazıladığımız lahiyə “Ekologiya ili” ilə bağlıdır. Ekologiya hər bir insanın vəzifəsindən aslı olmayaraq daxilində yaşamalıdır. Ətraf mühitin qorunmasına dair tədbirlərin keçirilməsi önəmlidir. Çünki ekoloji maarifləndirmə güclənərsə, gələcəkdə təbiətimiz daha da saflaşar. BKK-nın tələbələri üçün   açıq ekoloji dərs keçirildi. Tədbirdən əvvəl lahiyə çərçivəsində tələbələr üçün ekoloji maarifləndirməyə dair hazırladığımız əyani vəsaitlər-emblemlər, broşürlərdən  geniş şəkildə istifadə olundu.  

28 апр. 2011 г.

Mimio

Photo Flipbook Slideshow Maker
       
Müasir tələblərə cavab verən avadanlığın təhsil ocaqlarında istifadəsinə böyük tələbat olduğunu nəzərə alaraq, Təhsil Nazirliyinin dəstəyi ilə 2009-cu ildən Mimio İnteraktiv texnologiyaları üzrə Təlim mərkəzi mövcuddur və burada DYMO/Mimio şirkətinin (ABŞ) Azərbaycan nümayəndəliyi tərəfindən bu texnologiyalar üzrə təlim kursları təşkil olunub. Kursu bitirmiş müəllimlər qurğudan dərslərində istifadə etməyi və interaktiv dərs, dərs vəsaiti, çalışmalar və tapşırıqlar hazırlamağı tam şəkildə öyrənmiş olurlar.

24 апр. 2011 г.

Açıq dərslər

    Mənim fikrimcə,  tədris prosessinin əsasını müəllimlə tələbələrin birgə fəaliyyəti təşkil edir.  Tələbələrin bilik və tərbiyəsinin keyfiyyəti  birbaşa qabaqcıl təcrübələrin müəllimlər tərəfindən istifadə olunmasından asılıdır. Bizim kollecimizdə maraqlı açıq dərslər, bayram tədbirləri keçirən istedadlı müəllimlərimiz çoxdur.Bu dərs və tədbirlərdən istifadə edərək müəllimlər təcrübə mübadiləsi apara bilərlər. Mən dəfələrlə açıq dərslər keçirmişəm.Onu da qeyd etmək istəyirəm ki, heç vaxt özüm və tələbələrim açıq dərslərə hazırlaşmırıq. Səbəbi isə odur ki, kollecimizdə, demək olr ki, hər gün  müxtəlif fənlər üzrə açıq dərslər keçirilir.
    Artıq 3-4 ildir ki,mənim dərslərimdə prezentasiyalardan istifadə edirəm. Bundan başqa, biz prezentasiyalar müsabiqələri də keçiririk. Bu, tələbələrimizin çox xoşuna gəlir. Onlarda dərsə maraq yaranır və onlar özləri belə müsabiqələrin tez-tez keçirilməsini xahiş edirlər.Bu isə bizim işimizdə olduqca vacib məsələdir. Tələbələrdə bu marağı  gördükcə, müəllim də daha böyük həvəslə  işləmək istəyir.


Açıq dərslərdən görüntülərə, video-dərslərə vətəqdimatlara  burada baxa bilərsiniz.
Related Posts Plugin for WordPress, Blogger...

Krosword