"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev
Показаны сообщения с ярлыком uğur. Показать все сообщения
Показаны сообщения с ярлыком uğur. Показать все сообщения

15 мая 2011 г.

QƏLƏBƏ

   14 may Düsseldorfda Avropanın ən populyar musiqi müsabiqəsinin çoxdan gözlənilən finalı baş tutdu. Azərbaycan təmsilçilərinin möhtəşəm şousu Avropanın ürəyini fəth etdi. 221 hal toplayaraq, Eldar Qasımov və Nigar Camal, Ukrayna, İsveç və İtaliya təmsilçiləri ilə asan olmayan mübarizədə qalib oldular, və Eurovision iştirakçiları siyahisinda ilk pilləni qazandılar. Azərbaycanı qələbə ilə təbrik edirəm və Eldar ilə Nigara bu fəxr və sevinc anlarına görə təşəkkürümü bildirirəm. Gələn il Eurovision müsabiqəsi Bakida keçiriləcək! Biz səbirsizliklə hamını Azərbaycanın paytaxtında gözləyirik!

22 апр. 2011 г.

Mənim qrupum

    Bu il mənim rəhbərlik etdiyim L-207 qrupu (Laboratoriya diaqnostikası ixtisası) kollecimizi bitirir. Bu qrupun tələbələri mənim sevimli tələbələrimdir.Bu qrupla artıq 3 ildir ki, işləyirəm.Qrupun tələbələri BKK-nın ictimai həyatında fəal iştirak edərək, müxtəlif müsabiqələrin, yarınşların, olimpiadaların qalibləri olublar. Bu qrupda yeganə oğlan Zeynallı Hüseyn qrup qızlarının sevimlisi, müəllimlərin fəxri, gələcəyi parlaq bir nümunəvi tələbədir. Qızlarımız isə gözəl-göyçək, ağıllı-kamallı, tərbiyəli, bacarıqlı,tələbələrdir. Bütün kollecimiz onlarla fəxr edir. Qrupa 5 əlaçı, 10 zərbəçi təhsil alır.Bu il bu qrup BKK-nı bitirərək böyük həyata qədəm qoyurlar. Onlara yeni həyatlarında uğurlar, sevinc dolu günlər, müvəffəqiyyətlər arzulayıram. Əziz tələbələrim, Bizi, məni, ümumiyyətlə BKK-nı unutmayın.Siz bilirsiniz ki, mən sizi nə qədər çox istəyirəm.  
Related Posts Plugin for WordPress, Blogger...

Krosword