"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev
Показаны сообщения с ярлыком uşaq. Показать все сообщения
Показаны сообщения с ярлыком uşaq. Показать все сообщения

5 янв. 2012 г.

11 Yaşlı uşaq


Salam, əziz oxucularım bu maraqlı məlumatı zizə catdırmaq istədim. Bu insanlara qarşı sizin    fikirlərinizi bilmək, ümumiyyətlə yazdıqlarım barədə oxucularımın fikirləri mənim üçün çox maraql olduğu üçün,  lütfən, şərhlərinizi əlavə edin.
        11 Yaşlı uşaq universitet bitirdi..
Istedadlı uşaq çox gözəl piano çalmaqla
yanaşı, Şərq döyüşləri üzrə onlarla medalın sahibi olub.
1998-ci il təvəllüdlü Moşe Kay Kavalin özündən yaşca xeyli böyük tələbəlrlə
birlikdə Las-Veqas Universitetinin astronomiya-fizika şöbəsinin məzunu olub.

1 июн. 2011 г.

Uşaqlar, bayramınız mübarək!!!

Photo Flipbook Slideshow Maker 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir.
      Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Nəzərə alsaq ki, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. Valideyn himayəsində olan uşaqların müdafiəsi ilk növbədə onların valideynləri tərəfindən təmin olunur, amma valideyn himayəsindən məhrum olmuş uşaqların hamımızın qayğısına və diqqətinə ehtiyacları var.

Əziz balalarımız və övladlarımız bayramınız  mübarək!     



31 мая 2011 г.

Endogamy haqqında nə bilirsiniz?

Sabah 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu münasibətlə bu  məqaləni yazmağı özümə borc bilirəm "Uşaqlar bizim gələcəyimizdir" kəlmələri hamıya məlumdur və birmənalı anlaşılır. Amma gəlin, bu kəlmələri daha diqqətlə oxuyaq və daha dərindən düşünək. Bizə xəstə nəsil lazımdırmı? Xəstə uşaqların doğulmasının səbəbləri çoxdur. Azərbaycanda bu səbəblərdən ən çox yayılmışı qohum evliliyidir.
 

9 мая 2011 г.

Valideyn təklifləri

            Valideyn  və  müəllim elə   insanlardır  ki, onların uşağın  formalaşmasında  çox  böyük  təsiri olur. Adətən,  valideynlərdə  uşağı  tərbiyə  etmənin  iki  üsulu  olur. Birincisi  kritikadır  ki,  bu  zaman  çatışmayan  cəhətlər  söylənilir. İkincisi  isə  tərifdir.
Valideynlər   uşaqlara  onların  yaşına  müvafiq  tələblər  verməli,  nəinki  həmin  tələblərə  əməl  olunmasına  diqqət  yetirməli,  həm  də  onlara  müstəqillik  verməli, ailə  problemlərinin  müzakirəsinə  cəlb  etməli,  uşaqları  narahat  edən  məsələləri  onlarla  birlikdə  müzakirə  etməlidir. Valideynlər  bu  yolla  uşaqlarda  iradə  və  xarakterin  inkişafı,  məsuliyyət  hissinin  formalaşması  üçün  şərait  yaradır.
Valideynlərin  uşaq  və  yeniyetmələrlə  sosial-  siyasi  mövzularda  söhbətləri  də  böyük  tərbiyəvi  əhəmiyyətə  malikdir. Valideynlər-  uşaqlara  ən  yaxın  adamlardır;  uşaqlar,  bir  qayda  olaraq,  onlara  hamıdan  çox  inanır,  etibar  edirlər. Valideynlərin  ictimai  hadisələrə  verdikləri  qiymətlər  onlar  üçün  vətəndaşlıq  dərsidir.
Valideynlərin uşaqların  həyatındakı  rolunu  qiymətləndirmək  çətindir.  Buna  görə  də  çox  istərdim  ki,  onlar  bunu  başa  düşsünlər  və  uşaqların  tərbiyəsində  daha  da  yaxından  iştirak  etsinlər. 
Bu səhifəni yaratmaqda  məqsədim valideynlərlə münasibət qurmaq, onların təklif və fikrlərini, arzularını bilməkdir.Şərhlərinizi gözləyirəm. 


Related Posts Plugin for WordPress, Blogger...

Krosword