"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev
Показаны сообщения с ярлыком məzun. Показать все сообщения
Показаны сообщения с ярлыком məzun. Показать все сообщения

20 мая 2011 г.

Son Zəng




Glitter Photos Son zəng  Azərbaycanda bütün  məktəb,  kollec və  institut  tələbələrinin  ənənəvi  bayramıdır. Son  zəng  dərslər  qurtardıqdan  sonra  lakin  imtahanlar  başlamamışdan  əvvəl  mayın  sonlarında  keçirilir. 
 Bu  bayram  hər  bir  tələbənin xatirəsində  ən  xoş  xatirələrlə  yadda  qalır.  Son zəng bizi  tərk  edən  uşaqlığın  simvoludu. Bu  artıq  adi zəng  deyil, bu  zənglə  həyatımızın  müəyyən  bir  hissəsi  ilə   vidalaşıb, naməlum bir  gələcəyi qarşılayırıq. 
Photo Flipbook Slideshow Maker
Elə  buna  görə də  son  zəng  bir  az  kədərlidi. Bu günü  tələbələrin  yanaqlarında  göz  yaşları parıldayır. Lakin  bu  göz  yaşları   bir  az  da  sevinc  göz  yaşlarıdır. Təbii  ki,  heç  bir  son  zəng musiqi  və  şerlərsiz  keçirilmir. Son  zəngdə  tələbələr  müəllimlərə  onların  müdrikliyi  və  səbrlərinə  görə  təşəkkür  edir.  Kollec onlara  dostluğu,  sevməyi, yaşamağı  öyrətdiyinə  görə  minnətdarlıqlarını bildirirlər.

Photo Flipbook Slideshow Maker         May ayının 20-si  kollecimizdə son zəng oldu. Məzunlarımlzln sevincinin həddi - hüdudu yox idi. Kollecimizin həyətində sanki qucaq dolu gül-çiçək səpələnmişdi. Üzlərdən səadət yağırdı. Bu, həm də vida mərasimi idi. İndi uşaqları daha ağır, məsuliyyətli, keşməkeşli yollar gözləyir.
      Əziz balalarım, sizə uğurlar diləyirəm!

22 апр. 2011 г.

Mənim qrupum

    Bu il mənim rəhbərlik etdiyim L-207 qrupu (Laboratoriya diaqnostikası ixtisası) kollecimizi bitirir. Bu qrupun tələbələri mənim sevimli tələbələrimdir.Bu qrupla artıq 3 ildir ki, işləyirəm.Qrupun tələbələri BKK-nın ictimai həyatında fəal iştirak edərək, müxtəlif müsabiqələrin, yarınşların, olimpiadaların qalibləri olublar. Bu qrupda yeganə oğlan Zeynallı Hüseyn qrup qızlarının sevimlisi, müəllimlərin fəxri, gələcəyi parlaq bir nümunəvi tələbədir. Qızlarımız isə gözəl-göyçək, ağıllı-kamallı, tərbiyəli, bacarıqlı,tələbələrdir. Bütün kollecimiz onlarla fəxr edir. Qrupa 5 əlaçı, 10 zərbəçi təhsil alır.Bu il bu qrup BKK-nı bitirərək böyük həyata qədəm qoyurlar. Onlara yeni həyatlarında uğurlar, sevinc dolu günlər, müvəffəqiyyətlər arzulayıram. Əziz tələbələrim, Bizi, məni, ümumiyyətlə BKK-nı unutmayın.Siz bilirsiniz ki, mən sizi nə qədər çox istəyirəm.  
Related Posts Plugin for WordPress, Blogger...

Krosword