"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev
Показаны сообщения с ярлыком qrup. Показать все сообщения
Показаны сообщения с ярлыком qrup. Показать все сообщения

10 мая 2011 г.

Gözəllik bayramı



Photo Flipbook Slideshow Maker     Mayın 10-da H.Əliyev adlna  sarayın  qarşısındakı parkda gül bayramı keçirildi. Bu bayramla  əlaqədar Fransa, İtaliya və Hollandiyadan Bakıya çox gözəl  güllər gətirildi. Bayramda bu ölkələrdən gətirilən  ən nadir güllər də nümayiş etdirildi..
     Həmin gün mən də öz qrupumun tələbələri ilə birlikdə Gül bayramında iştirak etdik, dənizkənarı parkda incəsənət nümayəndələrinin konsertini seyr etdik 

22 апр. 2011 г.

Mənim qrupum

    Bu il mənim rəhbərlik etdiyim L-207 qrupu (Laboratoriya diaqnostikası ixtisası) kollecimizi bitirir. Bu qrupun tələbələri mənim sevimli tələbələrimdir.Bu qrupla artıq 3 ildir ki, işləyirəm.Qrupun tələbələri BKK-nın ictimai həyatında fəal iştirak edərək, müxtəlif müsabiqələrin, yarınşların, olimpiadaların qalibləri olublar. Bu qrupda yeganə oğlan Zeynallı Hüseyn qrup qızlarının sevimlisi, müəllimlərin fəxri, gələcəyi parlaq bir nümunəvi tələbədir. Qızlarımız isə gözəl-göyçək, ağıllı-kamallı, tərbiyəli, bacarıqlı,tələbələrdir. Bütün kollecimiz onlarla fəxr edir. Qrupa 5 əlaçı, 10 zərbəçi təhsil alır.Bu il bu qrup BKK-nı bitirərək böyük həyata qədəm qoyurlar. Onlara yeni həyatlarında uğurlar, sevinc dolu günlər, müvəffəqiyyətlər arzulayıram. Əziz tələbələrim, Bizi, məni, ümumiyyətlə BKK-nı unutmayın.Siz bilirsiniz ki, mən sizi nə qədər çox istəyirəm.  
Related Posts Plugin for WordPress, Blogger...

Krosword