"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev
Показаны сообщения с ярлыком xəstəlik. Показать все сообщения
Показаны сообщения с ярлыком xəstəlik. Показать все сообщения

14 июн. 2012 г.

14-İyun Ümumdünya Qan Donoru Günü


14 İyun –  Ümumdünya Qan Donoru Günü könüllü qanvermənin əhəmiyyəti barədə insanların məlumatlandırılmasına, daha çox insanların könüllü donorluğa həvəsləndirilməsinə xidmət edir. Donor sözü   “ Bağışlayan” deməkdir.
Donor qanı yeni həyat verir, başqasının həyatını xilas edir. Könüllü, təmənnasız verilən qan təhlükəsiz qandır.
Qan verən insan zərər çəkmir, əksinə, qan vermək xeyirlidir.

6 июн. 2011 г.

Şəkərli diabet



    Milyondan çox insan şəkərli diabet xəstəliyindən əziyyət çəkir.Respublikamızda rəsmi statistikaya görə 110 min şəkərli diabet xəstəsi olduğu qeyd olunur. Diabet xəstəsi ikən xəstəliyini bilməyən hələ nə qədər insan var.Şəkərli diabet və ya  şəkər xəstəliyi, mədəaltı vəzin ifraz etdiyi insulin hormonunun çatışmamazlığı yaxud qeyri kafi miqdarda olması və ya təsirinin qeyri kafi olması nəticəsində yaranan xroniki hiperqlikemiya vəziyyəti ilə əlaqədar zülal, yağ və karbohidrat mübadiləsinin pozulmasıyla müşayiət olunan polietioloji metabolik xəstəliklər qrupudur.

3 июн. 2011 г.

İrsiyyət xəstəlikləri


          İnsanda irsi əlamətləri genlər daşıyır. Genlər özləri xromosomda yerləşir. Xromosomlar orqanizmin hər bir hüceyrəsinin nüvəsinə daxildir. Hər bir heyvan növünə və insana hüceyrə nüvəsində sabit miqdarda xromosom olması xasdır. İnsanda xromosom dəsti 46-dır, bu da 23 cüt təşkil edir. İnsanın irsi əlamətlərini valideynlərdən uşaqlara ötürən cinsiyyət hüceyrələri yetişdikdən sonra bölünürlər, bunun sayəsində cüt xromosomlar ayrılırlar.

2 июн. 2011 г.

Talassemiya

Talassemiya qohumluq əlaqəsindən yaranan xəstəliklərdən biridir. Ona görə də qan qohumluğunun davamı olaraq bu barədə bir az məlumat vermək istədim. Müxtəlif ölkələrdə talassemiyanın yayılması, vəziyyəti, genetikası, diaqnostikası və molekulyar əsasları, eləcə də hemoqlobinopatiyaların qarşısının alınması, xəstəliklə mübarizə, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunur.
Related Posts Plugin for WordPress, Blogger...

Krosword