Salam, sizinlə Cəlilova Fatimədir. Sizi öz bloqumda görməyə şadam.
Показаны сообщения с ярлыком müəllim. Показать все сообщения
Показаны сообщения с ярлыком müəllim. Показать все сообщения
15 сент. 2011 г.
20 мая 2011 г.
Son Zəng
Bu bayram hər
bir tələbənin xatirəsində
ən xoş xatirələrlə
yadda qalır. Son zəng bizi
tərk edən uşaqlığın
simvoludu. Bu artıq adi zəng
deyil, bu zənglə həyatımızın
müəyyən bir hissəsi
ilə vidalaşıb, naməlum bir gələcəyi qarşılayırıq.
Elə buna
görə də son zəng bir
az kədərlidi. Bu günü tələbələrin
yanaqlarında göz yaşları parıldayır. Lakin bu
göz yaşları bir
az da sevinc
göz yaşlarıdır. Təbii ki,
heç bir son
zəng musiqi və şerlərsiz
keçirilmir. Son zəngdə tələbələr
müəllimlərə onların müdrikliyi
və səbrlərinə görə
təşəkkür edir. Kollec
onlara dostluğu, sevməyi, yaşamağı öyrətdiyinə
görə minnətdarlıqlarını bildirirlər.
Əziz balalarım, sizə uğurlar diləyirəm!
16 мая 2011 г.
Təlim kursları
Nəhayət, təlim kursları bizim kollecimizdə fəaliyyətə başladı. İlk təlim qrupları arasında mən də vardım.Təlim-kursunu "Mədəd" təşkilatından Elektron məktəb kursunun təlimçisi Mustafayev Rəhim aparırdı.Biz bu kursda "Elektron məktəb" və "Elektron dərslər "idarəetmə
proqramları ilə tanış olduq və bu proqramların bütün imkanlarını
öyrəndik. Elektron jurnalı ilə işləmək, testlər yaratmaq,dərslərdən
testlərin generasiya etməsi, kursun yaradılması, HTML sənədlərin
yüklənməsini öyrəndik.Təhsil portalında qeydiyyatdan keçdik, bu
portalın bütün imkanları ilə tanış olduq. Təhsil Portalı
açar sözlər
elektron jurnal,
müəllim,
təhsil portalı,
valideyin
Ekologiya
4 мая 2011 г.
KURATOR

2 мая 2011 г.
Tezliklə Elektron jurnalımız olacaq
Yüksək texnologiyalardan istifadə hər bir təhsil ocağı və müəllimlər üçün təkcə peşəkarlıq əlaməti deyil, həm də tələbələr və onların valideynləri ilə daha rahat,informativ ünsiyyət üsuludur. Bu məqsədlə elektron jurnalların istifadəsi məqsədəuyğundur.Müəllimlər tələbələri və valideynlərlə virtual aləmdə əlaqə saxlaya bilər,valideynlər isə öz övladlarının davamiyyəti, müvəffəqiyyəti ilə tanış ola bilərlər.28 апр. 2011 г.
Mimio
Müasir tələblərə cavab verən avadanlığın təhsil ocaqlarında istifadəsinə böyük tələbat olduğunu nəzərə alaraq, Təhsil Nazirliyinin dəstəyi ilə 2009-cu ildən Mimio İnteraktiv texnologiyaları üzrə Təlim mərkəzi mövcuddur və burada DYMO/Mimio şirkətinin (ABŞ) Azərbaycan nümayəndəliyi tərəfindən bu texnologiyalar üzrə təlim kursları təşkil olunub. Kursu bitirmiş müəllimlər qurğudan dərslərində istifadə etməyi və interaktiv dərs, dərs vəsaiti, çalışmalar və tapşırıqlar hazırlamağı tam şəkildə öyrənmiş olurlar.
25 апр. 2011 г.
Xoş xəbər
Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində Ultra şirkəti e-Təhsil sisteminin tam istifadəsini təhvil verdi.Artıq müəllimlər elektron jurnaldan, elektron dərslərin idarəetmə proqramından və Təhsil Portalından istifadə etməyə başlayıblar.Bu istiqamətdə bizim kollecimizdə də lazımi işlər görülür.Bu məqsədlə may ayından başlayaraq BKK-də treninq-kurslar fəaliyyətə başlayacaq.
Kollecimizin bütün müəllimləri həmin kurslarda xüsusi təlim keçəcəklər və elektron jurnal və elektron resurslarla idarəetmə proqramından istifadə etməyə başlayacaqlar.
açar sözlər
elektron jurnal,
müəllim,
təhsil portalı,
treninq
24 апр. 2011 г.
Açıq dərslər
Mənim fikrimcə, tədris prosessinin əsasını müəllimlə tələbələrin birgə fəaliyyəti təşkil edir. Tələbələrin bilik və tərbiyəsinin keyfiyyəti birbaşa qabaqcıl təcrübələrin müəllimlər tərəfindən istifadə olunmasından asılıdır. Bizim kollecimizdə maraqlı açıq dərslər, bayram tədbirləri keçirən istedadlı müəllimlərimiz çoxdur.Bu dərs və tədbirlərdən istifadə edərək müəllimlər təcrübə mübadiləsi apara bilərlər. Mən dəfələrlə açıq dərslər keçirmişəm.Onu da qeyd etmək istəyirəm ki, heç vaxt özüm və tələbələrim açıq dərslərə hazırlaşmırıq. Səbəbi isə odur ki, kollecimizdə, demək olr ki, hər gün müxtəlif fənlər üzrə açıq dərslər keçirilir.
Artıq 3-4 ildir ki,mənim dərslərimdə prezentasiyalardan istifadə edirəm. Bundan başqa, biz prezentasiyalar müsabiqələri də keçiririk. Bu, tələbələrimizin çox xoşuna gəlir. Onlarda dərsə maraq yaranır və onlar özləri belə müsabiqələrin tez-tez keçirilməsini xahiş edirlər.Bu isə bizim işimizdə olduqca vacib məsələdir. Tələbələrdə bu marağı gördükcə, müəllim də daha böyük həvəslə işləmək istəyir.
Açıq dərslərdən görüntülərə, video-dərslərə vətəqdimatlara burada baxa bilərsiniz.
22 апр. 2011 г.
Mənim qrupum
Bu il mənim rəhbərlik etdiyim L-207 qrupu (Laboratoriya diaqnostikası ixtisası) kollecimizi bitirir. Bu qrupun tələbələri mənim sevimli tələbələrimdir.Bu qrupla artıq 3 ildir ki, işləyirəm.Qrupun tələbələri BKK-nın ictimai həyatında fəal iştirak edərək, müxtəlif müsabiqələrin, yarınşların, olimpiadaların qalibləri olublar. Bu qrupda yeganə oğlan Zeynallı Hüseyn qrup qızlarının sevimlisi, müəllimlərin fəxri, gələcəyi parlaq bir nümunəvi tələbədir.
Qızlarımız isə gözəl-göyçək, ağıllı-kamallı, tərbiyəli, bacarıqlı,tələbələrdir. Bütün kollecimiz onlarla fəxr edir. Qrupa 5 əlaçı, 10 zərbəçi təhsil alır.Bu il bu qrup BKK-nı bitirərək böyük həyata qədəm qoyurlar. Onlara yeni həyatlarında uğurlar, sevinc dolu günlər, müvəffəqiyyətlər arzulayıram. Əziz tələbələrim, Bizi, məni, ümumiyyətlə BKK-nı unutmayın.Siz bilirsiniz ki, mən sizi nə qədər çox istəyirəm.
Подписаться на:
Сообщения (Atom)



