İnsanlar asqırdıqdan sonra “sağlam ol”, cümləsinə istinad edir.
Bizə elə gəlir ki, asqırma (latınca
sternutatio) sadə bir refleksdir. Amma əslində asqırma zamanı bədənin bir çox hissələri çalışır. Asqırma burun boşluğuna daxil olmuş yad cismin, elementlərin və qıcıqlandırıcıların xaric olmasını
təmin edən təbii refleksdir. Yad cisim dedikdə toz, istiot, tüstü, bakteriya,
viruslar və s. başa düşülür.

