"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev

31 июл. 2011 г.

Ramazan Oruc


İlin on iki ayının biri də Ramazan ayıdır.Dinimizə görə mübarək ayıdr.Bu aya srəbr ayı da demək olar.
Ramazan ayı duaların daha çox dəbul edildiyi bir aydır. Oruc tutmaq bir xoşbəxtlikdir.Çünki bunun üçün fiziki və mənəvi gücün olması,sağlamlıq və ayıq baş gərəkdir.Əgər bunlar varsa deməli sağlam insandır,Allaha ibadətini əksiltmirsə deməli Allah ona bu xoşbəxtliyi bəxş edib.
Ramazanın və bu ayda oruc tutmağın fəziləti ilə əlaqədar çox sayda hədislər var. Bunlardan bəzilərini oxuyucularıma çatdırmaq istərdim:

25 июн. 2011 г.

     1918-ci il iyunun 26-da 
Azərbaycan Demokratik Respublika hökümətinin qərarı ilə 
ilk müntəzəm hərbi hissə - əlahiddə korpus yarandı. 
Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunun yaratmasına
hüquqi əsas verdi.
   1991-ci il oktyabrın 9-da Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.
Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən

26 iyun – Silahlı qüvvələr günü 
elan edilmişdir və hər il azərbaycan xalqı bunu bayram edir.

18 июн. 2011 г.

URA !!!

      Nəhayət, "Elektron Təhsil" müsabiqəsi başa çatdı . Böyük fərəhlə , sevinçlə  xəbər vermək istəyirəm ki,müsabiqənin "Müəllimlərin bloqu" nominasiyasında mənim "Bios-loqos" bloqum qalib gəldi. Bu qələbə təkcə mənim deyil, həm də Bakı Kompüter Kollecinin qələbəsidir.  Odur ki, bu qələbə münasibəti ilə mən bütün kollektivimizi ürəkdən təbrik edirəm. və BKK-ya daha böyük nailiyyətlər arzulayıram.
  Bildiyiniz kimi, iyunun 18-də Təhsil Nazirliyində «Elektron təhsil» Respublika müsabiqəsinin yekununa həsr olunmuş təntənəli mərasim keçirildi. .Mərasimdə çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov  Təhsil Nazirliyi tərəfindən informasiya-kommunikasiya texnologiyaları ilə bağlı silsilə tədbirlərin həyata keçirildiyini qeyd edib və bugünkü mərasimin həmin tədbirlərin ən önəmlilərindən biri olduğunu söylədi və  ayrı-ayrı nominasiyalar üzrə qalib gəlmiş şəxsləri təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı..Müsabiqə qaliblərinə diplom, noutbuk, netbuk və digər xüsusi mükafatlar təqdim olundu.






15 июн. 2011 г.

Azadlıq, müstəqillik bayramı-QURTULUŞ GÜNÜ


İyunun 15-i dünya miqyasında tanınmış siyasi və dövlət xadimi kimi adını tarixə yazmış şəxs olan Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı – Qurtuluş Günü qeyd edilir.  
 Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?
"Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur..."
Məqalənin ardını burada oxuya bilərsiniz. Belə bir gözəl yazıya görə müəllifə öz minnətdarlığımı bildirirəm. 
Related Posts Plugin for WordPress, Blogger...

Krosword