"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev

14 июн. 2012 г.

14-İyun Ümumdünya Qan Donoru Günü


14 İyun –  Ümumdünya Qan Donoru Günü könüllü qanvermənin əhəmiyyəti barədə insanların məlumatlandırılmasına, daha çox insanların könüllü donorluğa həvəsləndirilməsinə xidmət edir. Donor sözü   “ Bağışlayan” deməkdir.
Donor qanı yeni həyat verir, başqasının həyatını xilas edir. Könüllü, təmənnasız verilən qan təhlükəsiz qandır.
Qan verən insan zərər çəkmir, əksinə, qan vermək xeyirlidir.

24 мая 2012 г.

Bizə yalnız QƏLƏBƏ lazımdır !

Avroviziya 2012- Bakıda ! Biz qələbər qazanmağa adət etdik artıq. Azərbaycan xalqına böyük qələbələr arzulayıram !

Photo Flipbook Slideshow Maker

21 мар. 2012 г.

Novruz Bayramı

Novruz bayramı (Yeni Gün bayramı, Ərgənəgün bayramı, Bahar bayramı; fars. نوروز‎   (Noruz),özb. Navruz, türkm. Nowruz, kürd. Newroz, qaz. Naurız, qırğ. Nooruz, türk. Nevruz, krımtat.Navrez) — yazın gəlişini simvolizə edən qədim xalq bayramı.Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir.
 Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.
2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.


8 мар. 2012 г.


Beynəlxalq Qadınlar Günü - nün tarixi haqqında!
Beynəlxalq Qadınlar Günü — Hər il 8 mart tarixində qeyd olunan beynəlxalq bayram. 8 Mart – ənənəyə görə bu gün qadınlar əks cinsin nümayəndələrindən diqqət, gül və hədiyyə gözləyirlər. 8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau,Kamboca, Çin, Konqo, Laos, Makedoniya, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.
Related Posts Plugin for WordPress, Blogger...

Krosword