"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev

25 июн. 2011 г.

     1918-ci il iyunun 26-da 
Azərbaycan Demokratik Respublika hökümətinin qərarı ilə 
ilk müntəzəm hərbi hissə - əlahiddə korpus yarandı. 
Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunun yaratmasına
hüquqi əsas verdi.
   1991-ci il oktyabrın 9-da Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.
Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən

26 iyun – Silahlı qüvvələr günü 
elan edilmişdir və hər il azərbaycan xalqı bunu bayram edir.

18 июн. 2011 г.

URA !!!

      Nəhayət, "Elektron Təhsil" müsabiqəsi başa çatdı . Böyük fərəhlə , sevinçlə  xəbər vermək istəyirəm ki,müsabiqənin "Müəllimlərin bloqu" nominasiyasında mənim "Bios-loqos" bloqum qalib gəldi. Bu qələbə təkcə mənim deyil, həm də Bakı Kompüter Kollecinin qələbəsidir.  Odur ki, bu qələbə münasibəti ilə mən bütün kollektivimizi ürəkdən təbrik edirəm. və BKK-ya daha böyük nailiyyətlər arzulayıram.
  Bildiyiniz kimi, iyunun 18-də Təhsil Nazirliyində «Elektron təhsil» Respublika müsabiqəsinin yekununa həsr olunmuş təntənəli mərasim keçirildi. .Mərasimdə çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov  Təhsil Nazirliyi tərəfindən informasiya-kommunikasiya texnologiyaları ilə bağlı silsilə tədbirlərin həyata keçirildiyini qeyd edib və bugünkü mərasimin həmin tədbirlərin ən önəmlilərindən biri olduğunu söylədi və  ayrı-ayrı nominasiyalar üzrə qalib gəlmiş şəxsləri təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı..Müsabiqə qaliblərinə diplom, noutbuk, netbuk və digər xüsusi mükafatlar təqdim olundu.






15 июн. 2011 г.

Azadlıq, müstəqillik bayramı-QURTULUŞ GÜNÜ


İyunun 15-i dünya miqyasında tanınmış siyasi və dövlət xadimi kimi adını tarixə yazmış şəxs olan Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı – Qurtuluş Günü qeyd edilir.  
 Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?
"Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur..."
Məqalənin ardını burada oxuya bilərsiniz. Belə bir gözəl yazıya görə müəllifə öz minnətdarlığımı bildirirəm. 

14 июн. 2011 г.

”İnnovasiya”- bu gün dəbdə olan bir sözdür.

   ”İnnovasiya”- təkcə yeni texnologiya demək deyil, həm də hər kəsin yeniliyi qəbul etməsi, müasir şəraitə uygun yaşamağa hazır olması deməkdir.   Dünyada sürətlə baş verən dəyişikliklər bizdən də sürətli münasibət gözləyir. Müasir müəlllim müxtəlif pedaqoji texnologiyalardan və proqramlardan sərbəst istifadə etməli və bunları tələbənin şəxsiyyətini nəzərə alaraq onun inkişafına, sağlamlığına, tərbiyəsinə yönəltməlidir, şagirdlərə təhsil prosesinin nə olduğunu anlatmalıdır. 
  Təhsilin effektliyi hər zaman müəllimin hazırlıq səviyyəsindən asılı olub. Bu gün də müəllim təhsil prosesinin mərkəzində durur, sadəcə olaraq, İT-nin təhsilə inteqrasiyası müəllimin rolunu yeniləşdirir. Müəllim, nəinki İKT-dən istifadə etməyi bacarmalıdır, həmçinin fənnə uyğun resursları seçməlidir ki, bu resursların da rəngarəngliyi dərsin maraqlı keçməsinə, qarşıya qoyulan məqsədə nail olmağa imkan versin.
Bu barədə hazırladığım təqdimatı diqqətinizə çatdırıram.

13 июн. 2011 г.

Abituriyentlərin və onların valideynlərinin nəzərinə

Ali məktəblərə qəbul imtahanlarına artıq bir aydan az vaxt qalıb. Demək olar ki, hər gün abituriyent valideynlərindən həyəcan dolu söhbətlər eşidirəm. Onlar imtahanlardan daha çox övladlarının keçirdiyi əsəb, sarsıntı, həyəcan,yorğunluqdan danışırlar. Hazırda gərgin bir şəraitdə olan abituriyentlərimiz imtahanöncəsi yaranan həyəcan və streslərini necə ata bilər? Tibb elmləri doktoru, Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybullanın "Şərq" qəzetində verdiyi müsahibədə bu sualların cavabını tapa bilərsiniz.
  Bu məqaləni də oxumağı sizə məsləhət görürəm.




10 июн. 2011 г.

Test tapşırıqları ( on-line testlər )

   Əziz tələbələrim, bu tədris ilində öyrəndiklərinizi unutmamaq üçün yay tətilində aşağıdakı  testləri həll etməyinizi sizə tövsiyyə edirəm. Uğurlar! (Sonda xüsusi sətirdə mütləq adınızı, soyadınızı, qrup nömrənizi yazıb  "Submit"  düyməsini basın. Sizin cavablarınız elektron ünvanıma göndəriləcək )
ANATOMİYA VƏ FİZİOLOGİYANIN ƏSASLARI:
variant 1
variant 2
variant 3
variant 4
variant 5

8 июн. 2011 г.

Bu gün - 8 iyun Dünya Okeanlar günüdür

    Bununla əlaqədar olaraq sizə okeanlar haqqında söhbət açmaq istəyirəm. Yer kürəsinin 70%-ini okeanlar təşkil edir. Yer kürəsindəki bütün okean və dənizlər birlikdə Dünya okeanı adlanır. Hər bir məktəbliyə məlumdur ki, Dünya Okeanı dord böyük hissədən ibarətdir. Onun ən böyük hissəsi Sakit okeandır. Sakit okean Dünya okeanının sahəsinin yarısını tutmuş ən dərin okeandır.

6 июн. 2011 г.

Şəkərli diabet



    Milyondan çox insan şəkərli diabet xəstəliyindən əziyyət çəkir.Respublikamızda rəsmi statistikaya görə 110 min şəkərli diabet xəstəsi olduğu qeyd olunur. Diabet xəstəsi ikən xəstəliyini bilməyən hələ nə qədər insan var.Şəkərli diabet və ya  şəkər xəstəliyi, mədəaltı vəzin ifraz etdiyi insulin hormonunun çatışmamazlığı yaxud qeyri kafi miqdarda olması və ya təsirinin qeyri kafi olması nəticəsində yaranan xroniki hiperqlikemiya vəziyyəti ilə əlaqədar zülal, yağ və karbohidrat mübadiləsinin pozulmasıyla müşayiət olunan polietioloji metabolik xəstəliklər qrupudur.

5 июн. 2011 г.

“Umumdunya ətraf muhit gunu”

     5 iyun 1972-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsvecin paytaxtı Stokholm şəhərində kecirilən iclasında ətraf muhitin muhafizəsi məsələsi diqqət mərkəzində olub, problemin kəskinliyini, əhali arasında ekoloji şuurun yuksəldilməsinin, ətraf muhitin muhafizəsi problemlərinə diqqətin yonəldilməsinin vacibliyini nəzərə alan iştirakcılar 5 iyunun “Umumdunya ətraf muhit gunu” kimi qeyd olunmasına qərar verib və novbəti ildən başlayaraq həmin gun butun dunyada təntənəli şəkildə qeyd olunmağa başlanıb.

3 июн. 2011 г.

İrsiyyət xəstəlikləri


          İnsanda irsi əlamətləri genlər daşıyır. Genlər özləri xromosomda yerləşir. Xromosomlar orqanizmin hər bir hüceyrəsinin nüvəsinə daxildir. Hər bir heyvan növünə və insana hüceyrə nüvəsində sabit miqdarda xromosom olması xasdır. İnsanda xromosom dəsti 46-dır, bu da 23 cüt təşkil edir. İnsanın irsi əlamətlərini valideynlərdən uşaqlara ötürən cinsiyyət hüceyrələri yetişdikdən sonra bölünürlər, bunun sayəsində cüt xromosomlar ayrılırlar.

2 июн. 2011 г.

Talassemiya

Talassemiya qohumluq əlaqəsindən yaranan xəstəliklərdən biridir. Ona görə də qan qohumluğunun davamı olaraq bu barədə bir az məlumat vermək istədim. Müxtəlif ölkələrdə talassemiyanın yayılması, vəziyyəti, genetikası, diaqnostikası və molekulyar əsasları, eləcə də hemoqlobinopatiyaların qarşısının alınması, xəstəliklə mübarizə, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunur.

1 июн. 2011 г.

Uşaqlar, bayramınız mübarək!!!

Photo Flipbook Slideshow Maker 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir.
      Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Nəzərə alsaq ki, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. Valideyn himayəsində olan uşaqların müdafiəsi ilk növbədə onların valideynləri tərəfindən təmin olunur, amma valideyn himayəsindən məhrum olmuş uşaqların hamımızın qayğısına və diqqətinə ehtiyacları var.

Əziz balalarımız və övladlarımız bayramınız  mübarək!     



Related Posts Plugin for WordPress, Blogger...

Krosword