"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev

14 июн. 2011 г.

”İnnovasiya”- bu gün dəbdə olan bir sözdür.

   ”İnnovasiya”- təkcə yeni texnologiya demək deyil, həm də hər kəsin yeniliyi qəbul etməsi, müasir şəraitə uygun yaşamağa hazır olması deməkdir.   Dünyada sürətlə baş verən dəyişikliklər bizdən də sürətli münasibət gözləyir. Müasir müəlllim müxtəlif pedaqoji texnologiyalardan və proqramlardan sərbəst istifadə etməli və bunları tələbənin şəxsiyyətini nəzərə alaraq onun inkişafına, sağlamlığına, tərbiyəsinə yönəltməlidir, şagirdlərə təhsil prosesinin nə olduğunu anlatmalıdır. 
  Təhsilin effektliyi hər zaman müəllimin hazırlıq səviyyəsindən asılı olub. Bu gün də müəllim təhsil prosesinin mərkəzində durur, sadəcə olaraq, İT-nin təhsilə inteqrasiyası müəllimin rolunu yeniləşdirir. Müəllim, nəinki İKT-dən istifadə etməyi bacarmalıdır, həmçinin fənnə uyğun resursları seçməlidir ki, bu resursların da rəngarəngliyi dərsin maraqlı keçməsinə, qarşıya qoyulan məqsədə nail olmağa imkan versin.
Bu barədə hazırladığım təqdimatı diqqətinizə çatdırıram.

Комментариев нет:

Отправить комментарий

Related Posts Plugin for WordPress, Blogger...

Krosword