Milyondan çox insan şəkərli diabet xəstəliyindən əziyyət çəkir.Respublikamızda rəsmi statistikaya görə 110 min şəkərli
diabet xəstəsi olduğu qeyd olunur. Diabet xəstəsi ikən xəstəliyini bilməyən
hələ nə qədər insan var.Şəkərli diabet və ya şəkər xəstəliyi, mədəaltı vəzin ifraz etdiyi
insulin hormonunun çatışmamazlığı yaxud qeyri kafi miqdarda olması və ya
təsirinin qeyri kafi olması nəticəsində yaranan xroniki hiperqlikemiya
vəziyyəti ilə əlaqədar zülal, yağ və karbohidrat mübadiləsinin pozulmasıyla
müşayiət olunan polietioloji metabolik xəstəliklər qrupudur.
Diabet xəstəliyi
diaqnozdan sonra həyat boyu davam edən bir xəstəlikdir. İnsulin qeyri kafi və
ya təsirsiz olduqda, qidalarla əldə etdiyimiz glükoza hüceyrələrə daxil ola bilmir. Buna
görə də qanda şəkərin miqdarı artır və bir çox orqanın, xüsusən hədəf orqanlar
dediyimiz ürək-damar sistemi, böyrəklər və görmə üzvünün funksiyasının
pozulmasına gətirib çıxarır.
Tibbi praktikada xəstəliyi səbəbləri, bir çox amillərdən
asılıdır:daha çox irsi meyillilik xüsusən, insulindən
asılılıq. Bundan
başqa, stress, uzun müddətli əsəb sinir gərginliyi,oturaq həyat tərzi, artıq
çəki və karbohidratlarla zəngin qidalanma,yaş və s. Diabetin başlıca iki tipi
vardır; I Tip,yəni insulindən asılı
diabet-ümumiyyətlə insulin hormonun istehsal edilə bilməməsi ilə əlaqədar
inkişaf edir. Əsasən uşaq və gənc yaşlarda başlayan, çox ciddi nəzarət tələb edən və daimi insulin müalicəsi
verilən tipdir. II Tip,yəni insulindən
asılı olmayan diabet-
mədəaltı vəzdə insulin istehsalı olduğu
halda, kafi istehsalın olmadığı ya da bədənin insulini kafi dərəcədə istifadə
edə bilmədiyi-insulinorezistentlik hallarında ortaya çıxır. II Tip diabet daha çox 40 yaşdan yuxarı və bədən
çəkisi çox olan şəxslərdə qeyd olunur.
Diabetin əlamətləri:
Tez-tez sidiyə çıxma
Susuzluq hissi və ağız quruması
Yorğunluq, halsızlıq hissi
Daimi aclıq hissi
İştahanın artması
Ayaqlarda ağırlıq,keyimə hissi
Səbəbi bilinməyən çəki itkisi
Bulanıq görmə
Çətin sağalan yaralar
Bundan
başqa şəkərli diabetin heç bir əlaməti olmaya da bilər. I Tip diabetli xəstələrdə bu əlamətlər şiddətli və birdən-birə
başlayır, koma halına düşdükdən sonra xəstəlikləri məlum olur. Ancaq II Tip diabetdə şikayətlər daha az diqqətə çarpır
və xəstəliyin başlanğıcı zəif gedişli olur. Buna görə də II tip diabetin
diaqnozu ümumiyyətlə gec qoyulur.Gizli diabeti olan və ya pozulmuş qlükoza
toleransı dediyimiz insanlarda yeməkdən öncə əsmə, tərləmə, ürəkdöyünmə
kimi şikayətlər də ola bilər.
Şəkərli
diabet xəstəliyinə, biganə yanaşmayanın, bu xəstəliyi və ağırlaşmaları şüurlu surətdə anlayaraq yalnız
mütəxəssis həkim-endokrinoloq nəzarəti və kontrolu altında etdirən şəxslərdə
uğurlu ola bilər.
Fatime muellime cox sagolunki sekerli diabet haqda melumat yerlesdirmisiz. Bu gun cox insanlar sekerli diabet xesteliyinden eziyyet cekirler. Sagolunki insanlarin qeydine qalirsiz.
ОтветитьУдалитьSevinc L-207
сox sag olunki bize bele melumatlar verirsiniz bilmediklerimizi bura vasitesile oyrenirik.
ОтветитьУдалитьÇoX mArAqLı mElUMaTdıR TeşəkKüRlƏrRr İ311A
ОтветитьУдалить