"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev

18 июн. 2011 г.

URA !!!

      Nəhayət, "Elektron Təhsil" müsabiqəsi başa çatdı . Böyük fərəhlə , sevinçlə  xəbər vermək istəyirəm ki,müsabiqənin "Müəllimlərin bloqu" nominasiyasında mənim "Bios-loqos" bloqum qalib gəldi. Bu qələbə təkcə mənim deyil, həm də Bakı Kompüter Kollecinin qələbəsidir.  Odur ki, bu qələbə münasibəti ilə mən bütün kollektivimizi ürəkdən təbrik edirəm. və BKK-ya daha böyük nailiyyətlər arzulayıram.
  Bildiyiniz kimi, iyunun 18-də Təhsil Nazirliyində «Elektron təhsil» Respublika müsabiqəsinin yekununa həsr olunmuş təntənəli mərasim keçirildi. .Mərasimdə çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov  Təhsil Nazirliyi tərəfindən informasiya-kommunikasiya texnologiyaları ilə bağlı silsilə tədbirlərin həyata keçirildiyini qeyd edib və bugünkü mərasimin həmin tədbirlərin ən önəmlilərindən biri olduğunu söylədi və  ayrı-ayrı nominasiyalar üzrə qalib gəlmiş şəxsləri təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı..Müsabiqə qaliblərinə diplom, noutbuk, netbuk və digər xüsusi mükafatlar təqdim olundu.






Müəllimlərin bloqları NOMINASIYASININ QALİBLƏRİ:
1-Cİ YER. Cəlilova Fatimə - Bakı s., Kompüter Kolleci
2-Cİ YER. Nuriyeva Bela - Bakı ş., T.Həsənov adına 23 nömrəli orta məktəb Piriyeva Pərvanə - İsmayıllı, İ. Həsənov adına səhər 1 nömrəli tam orta məktəb
3-CÜ YER Eyubova Afaq - Bakı s., Ankara məktəbi
Bütün qalibləri, xüsusən də " Müəllimlərin bloqu " nominasiyasının qalibləri  Bela xanımı,   Pərvanə xanımıAfaq xanımı səmimi qəlbdən təbrik edirəm. Bundan başqa, “Elektron Təhsil” Respublika müsabiqəsinin Təşkilat Komitəsiə, :müsabiqənin  Münsiflər Heyətinə belə bir yarışı təşkil etdiyinə  görə dərin minnətdarlığımı bilidirirəm.
  Təqdimat mərasiminin aparıcı xanımına xüsusilə təşəkkürümü  bildirmək istəyirəm. Bu gözəl qız mənim müsabiqə işimin adını səsləndirəndə " Fatimə xanım, sizin bloqun  nə maraqlı və gözəl adı var?" deyə sual verdi. Sualı orada cavablandıra bilmədiyimə görə indi bu haqda iki kəlmə yazmaq istəyirəm. "Bios-loqos" yunan sözü olub ,bios-həyat, loqos isə elm deməkdir. Mənim həyatım biologiya elmi ilə bağlı olduğu üçün bu adı bloquma seçdim. Mənə belə gəlir ki, bloqumun uğurunun səbəblərindən biri də onun belə lakonik, bloqun məzmununa uyğun gözəl səslənən adının olmasıdır.
 Bu qələbə məni daha böyük həvəslə  və məsuliyyətlə işləməyə  ruhlandırır, yeni uğurlara ümid verir.

4 комментария:

  1. Salam Fatimə müəllim. Təbriklər!!! Sizi təbrik edirəm ailəmizin adından. Evdə dedim çox sevindilər... Sizdən və Mənzər xanımla mən insanlığı, müəllimliyin başqa üzünü öyrəndim. Sizə minnətdaram çox sağ olun. Sizə bir etiraf edim mənim biologiyadan ele də çox xoşum gəlməsədə sayənizdə Genetikaya həvəsim artdı. Yerləşdirdiyiniz məlumatlar sahəsində dünya görüşüm artdı...Bir daha təbrik edirəm. Əgər siz qalib gəlməsəydiz mənə etdiyiniz yaxşılıqları özümə halal bilməzdim. Bunun üçün ALLAHA minnətdaram. Sizdən daha böyük uğurlar gözləyirəm siz xoş sözlərə layiqsiniz.

    ОтветитьУдалить
  2. Анонимный20/6/11

    Salam.Əzizimiz Fatimə müəllimə.Sizi öz adımdan və ailəm adından səmimi qəlbdən təbrik edirəm.Siz hemişə birinciliyə layiqsiz.Xeyirli olsun.Birincilik uğrunda mübarizə apararaq çox əziyyət çəkərək birinci olduz.Həyat mübarizədir həmişə belə bübariz olasız simanızdan təbəssüm heç vaxt əksilməsin.Həmişə sevincli günlər arzulayıram.Siz bundanda qat-qat yüksək yeerlərə laiqsiz.Səsiniz həmişə zirvələrdən gəlsin.
    Sevinc L-207

    ОтветитьУдалить
  3. Təbriklər Fatimə xanım.Siz buna laiq idiniz.

    ОтветитьУдалить
  4. Анонимный22/6/11

    URAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA FATIME MUELLIME 1 CI YERE CIXDI.TEBRIK ELIYIREM SIZI FATIME MUELLIME.INWALLAH HEMISHE BIRINCI OLARSIZ ELE MENDE <<<<

    ОтветитьУдалить

Related Posts Plugin for WordPress, Blogger...

Krosword