"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev

2 июн. 2011 г.

Talassemiya

Talassemiya qohumluq əlaqəsindən yaranan xəstəliklərdən biridir. Ona görə də qan qohumluğunun davamı olaraq bu barədə bir az məlumat vermək istədim. Müxtəlif ölkələrdə talassemiyanın yayılması, vəziyyəti, genetikası, diaqnostikası və molekulyar əsasları, eləcə də hemoqlobinopatiyaların qarşısının alınması, xəstəliklə mübarizə, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunur.
Azərbaycanda talassemiyanın vəziyyəti barədə məlumat verən Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun rəhbəri Çingiz Əsədov 1970-ci illərin sonundan başlayaraq ölkəmizdə bu problemin daha intensiv surətdə öyrənildiyi söyləyir. Onun əldə etdiyi nəticələr talassemiyanın respublikamızda geniş yayıldığını göstərilir. Səhiyyə Nazirliyinin baş hematoloqu Ç.Əsədov Azərbaycanın müxtəlif bölgələrində talassemiya daşıyıcılarının orta hesabla 8,7 faizə bərabər olduğunu vurğulayıb. Bu irsi anomaliyanın ən yüksək tezliyi Qəbələ, Oğuz, Şəki rayonlarında qeyd olunur. O, həmçinin 2005-ci ildə "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" qanunun qəbul olunduğunu qeyd edib. Baş hematoloq talassemiyalı xəstələrin və onların ailələrinin psixoloji durumunu araşdırmaq üçün bu xəstəlikdən əziyyət çəkən uşaqları olan 100 ailə arasında sorğu keçirib. "Sorğudan belə nəticəyə gəlmək olar ki, 100 ailədə cəmi 350 uşaq var və onlardan 144-ü (41,1%) talassemiya xəstəsidir. 26 ailədə valideynlər arasında qohumluq əlaqələri mövcuddur. Bütün ailələrdə ata işləyir, anaların 59 faizi isə uşaq xəstə doğulduğuna görə işləmirlər. Xəstələrin 28 faizində ölüm qorxusu, 47 faizində ruh düşkünlüyü müşahidə olunun. 80 faizi isə özünü ətraf mühitdən izolyasiya edir. Cəmi 9 faiz xəstənin sağalmağına ümid var. Ailələrin 32 faizində digər sağlam uşaqlara diqqət artıb. 21 faizində isə əksinə, sağlam uşaqlara diqqət azalıb. Dünya əhalisinin 266 milyonunda (5,1faiz) talassemiya və anormal hemoqlobinlərin patoloji genləri aşkar edilib. Talassemiyanın profilaktikasında xəstəliyin erkən mərhələdə aşkar edilməməsi başlıca problemlərdən biridir. Bu məqsədlə yaxın vaxtlarda Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda prenatal diaqnostika mərkəzinin açılacağı bildirilib. Qeyd edək ki, talassemiya ilə mübarizə məqsədi ilə 2006-cı ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilən Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramına əsasən bu xəstəliklərdən əziyyət çəkənlərin pulsuz müalicəsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır.

4 комментария:

  1. Çox maraqlı faktlardı...Yaxşı olardı ki, yeni ailə qurmaq istəyən gənclərimiz birinci növbədə bu Talassemiya testindən keçməli, bu haqda informasiya almalıdılar. Bu səbəbdən də Azərbaycanda belə ailələr üstünlük təşkil edir!!!

    ОтветитьУдалить
  2. Анонимный7/6/11

    Bele movzulara toxunmaqla siz coxlarini xilas edirsiz. Sevinc L-207

    ОтветитьУдалить
  3. Анонимный5/1/12

    qohumluğun nə dəxli var ey...irsi olan genetik patalogiyadı... xaiş edirəm cəmiyyəti səhv məlumatlarla çaş - baş salmayın... Ətraflı məlumat almaq istəyən http://www.facebook.com/pages/TalasSemiya/122274411152782
    buyursun

    ОтветитьУдалить
  4. Əziz oxucum, şərhinizə görə minnətdaram. Qohumliqla əlaqədar olaraq "Endoqami" başlığı altında bir məqaləm də bu mövzuya aiddir. Bu məqaləyə əsaslanaraq, Talassemiya xəstəliyini misal gətirmişəm. Sizə həmin məqalələri daha diqqətlə oxumağı məsləhət görürəm. Sizinlə bir şeydə razılaşıram: bəli, talassemiya irsi olan genetik xəstəlikdir. Amma ata-anası qohum olmayan övladlar arasında bu xəstəliyə tutulanlanların sayı ata-anası qohum olanlara nisbətən olduqca azdır. Yenə də gənclərə məsləhət olaraq bunu demək istəyirəm ki, əgər sizin nəslinizdə belə xəstəliklərin geni varsa, qohumla nigaha girməyin. Çox sagolun.Sizinlə bu barədə mübahisə etməyə həmişə hazıram. Hörmətlə Fatimə Cəlilova.

    ОтветитьУдалить

Related Posts Plugin for WordPress, Blogger...

Krosword