"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev

22 окт. 2012 г.

Bloq üzrə gəzinti

Salam əziz oxucular!
Sizi bloq üzrə gəzintiyə dəvət edirəm.
Sizn təklif və xahişinizi nəzərə alaraq, bloqda yeni səhifələr açdım. Bu səhifələrdə tələbələrimiz və onların valideynləri   öz təklif və fikirlərini, düşüncələrini əlavə edə bilərlər.
Bundan başqa, bloqun maraqlı yazılarını yada salaq.
On-layn testlər  ( Anatomiya, fiziologiyanın əsasları)
Qrip virus   (Payız fəsli üçün çox aktual mövzu)
Talasemiya   (Ölkəmizdə yayılmış irsi xəstəlik)

19 авг. 2012 г.

BAYRAMINIZ MÜBARƏK EY İSLAM ƏHLİ !! 

Ramazan bayramı (Fitr bayramı), (ərəb. عيد الفطر‎‎) — şəvval ayının 1-ci günü. Ramazan ayının sonunda, orucun sona catması münasibəti ilə qeyd edilir.

Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.

14 июн. 2012 г.

14-İyun Ümumdünya Qan Donoru Günü


14 İyun –  Ümumdünya Qan Donoru Günü könüllü qanvermənin əhəmiyyəti barədə insanların məlumatlandırılmasına, daha çox insanların könüllü donorluğa həvəsləndirilməsinə xidmət edir. Donor sözü   “ Bağışlayan” deməkdir.
Donor qanı yeni həyat verir, başqasının həyatını xilas edir. Könüllü, təmənnasız verilən qan təhlükəsiz qandır.
Qan verən insan zərər çəkmir, əksinə, qan vermək xeyirlidir.

24 мая 2012 г.

Bizə yalnız QƏLƏBƏ lazımdır !

Avroviziya 2012- Bakıda ! Biz qələbər qazanmağa adət etdik artıq. Azərbaycan xalqına böyük qələbələr arzulayıram !

Photo Flipbook Slideshow Maker

21 мар. 2012 г.

Novruz Bayramı

Novruz bayramı (Yeni Gün bayramıƏrgənəgün bayramıBahar bayramıfars. نوروز‎   (Noruz),özb. Navruztürkm. Nowruzkürd. Newrozqaz. Naurızqırğ. Nooruztürk. Nevruzkrımtat.Navrez) — yazın gəlişini simvolizə edən qədim xalq bayramı.Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir.
 Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq AzərbaycanİranƏfqanıstanTacikistanÖzbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.
2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.


8 мар. 2012 г.


Beynəlxalq Qadınlar Günü - nün tarixi haqqında!
Beynəlxalq Qadınlar Günü Hər il 8 mart tarixində qeyd olunan beynəlxalq bayram. 8 Mart – ənənəyə görə bu gün qadınlar əks cinsin nümayəndələrindən diqqət, gül və hədiyyə gözləyirlər. 8 mart postsovet respublikalarında, habelə AnqolaBurkina-FasoQvineya-Bisau,KambocaÇinKonqoLaosMakedoniyaMonqolustanNepalŞimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.

22 февр. 2012 г.

XOCALI SOYQIRIMI



Xocalı faciəsi ilə bağlı təbliğat işinin vacibliyini hamımız cox yaxşı bilirik.Bloqumda bunları yazmağı Özümə Borc Bildim1992-ci il fevralın 25-dən 26-na kecən gecə erməni silahlı dəstələri SSRİ dovründə Xankəndi (Stepanakert) səhərində yerləşdirilmis 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin komekliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hucumdan əvvəl, fevralın 25-i axsam cagından şəhər toplardan və agir zirehli texnikadan şiddətli atəsə tutulmaga baslamısdır. Nəticdə şəhərdə yangınlar bas  vermis və fevralın 26-ı şəhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə   qalmiş  təqribən 2500 nəfər əhali yaxınlıqdaki azərbaycanlilar məskunlaşmiş Agdam rayonunun mərkəzinə catmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiciləri dinc əhaliyə dıvan tutdular. 

10 февр. 2012 г.

Zərərli vərdiş

Hazıpladı:Zeynalova Xalidə İ311A
Xahiş edirəm gənclərimiz arasında calışaq maarifləndirmə aparmağa. Cünki gənc nəsil canına bilə-bilə qəsd edirsə onda bu gələcək deyil, həyatın sonudur. Günümüzün ən aktual problemi.
Siqaretin tüstüsündə 4000-ə qədər kimyəvi maddənin olduğu müəyyənləşdirilmişdir.

2 февр. 2012 г.

Narkomaniya....


Salam,əziz oxucular, hörmətli tələbələr,valideyinlər,yeniyetmələr,gənclər və kolleqalar.Bugünki söhbətimin mövzusu narkomaniyadır. Son vaxtlar orta məktəblərdə narkotikdən istifadə edən gənclərin sayının çoxalması ölkəmizdə də bu problemin təhükəli məqamlarından xəbər verir.Onların arasında qızların da olması, daha doğrusu,çoxalması bu bəlanın inkişaf səviyyəsindən xəbər verir.Əgər işsiz ,məşğuliyyətsiz, normal həyat şəraiti sürməyən bəzi insanlar problemlərin qarşısında aciz qalıb tüfeyli həyata meyllənərək narkomaniyaya qurşanırlarsa,bəzi imkanlı ailələrin övladları əyləncə növü olaraq narkotikdən istifadə edərək narkomaniyaya düçar olurlar.İstənilən halda  narkomaniyanın inkişafı gənc nəslə dəyən böyük zərbədir.
Olmuş hadisə
Varlı bir ailənin

20 янв. 2012 г.

20 Yanvar - Ümumxalq Hüzn Günü


Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarıcanlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

18 янв. 2012 г.

Əziz tələbələr,sizi maraqlı və faydalı   Elektron İnteraktiv Təlim saytına dəvət edirəm. 

11 янв. 2012 г.

11- yanvar Beynəlxalq Təşəkkür günü.


 
Uşaqlıqdan nəzakətli olmağı valideyinlərimiz bizi öyrədiblər. Anaların körpələrinə dediyi “İndi isə, “sağol” demək lazımdır” sözlərini eşidirik. . Deməli, “sağ ol” deyərkən dünyanı daha da gözəlləşdiririk.Təşəkkür edərkən biz ətrafdakılara diqqət göstərir,sözlərini qiymətləndiri onların əməllərini nümayiş etdiririk. Özümə borc bilib bu gün,

5 янв. 2012 г.

Biz niyə asqırırıq?

 İnsanlar asqırdıqdan sonra “sağlam ol”, cümləsinə istinad edir.
Bizə elə gəlir ki, asqırma (latınca sternutatio) sadə bir refleksdir. Amma əslində asqırma zamanı bədənin bir çox hissələri çalışır. Asqırma burun boşluğuna daxil olmuş yad cismin, elementlərin və qıcıqlandırıcıların xaric olmasını təmin edən təbii refleksdir. Yad cisim dedikdə toz, istiot, tüstü, bakteriya, viruslar və s. başa düşülür.

11 Yaşlı uşaq


Salam, əziz oxucularım bu maraqlı məlumatı zizə catdırmaq istədim. Bu insanlara qarşı sizin    fikirlərinizi bilmək, ümumiyyətlə yazdıqlarım barədə oxucularımın fikirləri mənim üçün çox maraql olduğu üçün,  lütfən, şərhlərinizi əlavə edin.
        11 Yaşlı uşaq universitet bitirdi..
Istedadlı uşaq çox gözəl piano çalmaqla
yanaşı, Şərq döyüşləri üzrə onlarla medalın sahibi olub.
1998-ci il təvəllüdlü Moşe Kay Kavalin özündən yaşca xeyli böyük tələbəlrlə
birlikdə Las-Veqas Universitetinin astronomiya-fizika şöbəsinin məzunu olub.
Related Posts Plugin for WordPress, Blogger...

Krosword