"Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır." Heydər Əliyev

3 дек. 2011 г.

3 dekabr Beynəlxalq Əlillər günüdür


Hər il dekabr ayının 3-də Beynəlxalq Əlillər günü qeyd olunur. Beynəlxalq Əlillər günü Rusiya Federasiyasının təşəbbüsü ilə 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilib. Hər il 3 dekabr tarixində BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur.

1 дек. 2011 г.

1 dekabr - Ümumdünya QİÇŞ günü

      AIDS - bu virus immunçatışmamazlığı virusuna yoluxmağa səbəb olur və orqanizmin qorunma sistemini dağıdır. AİDS ilə xəstələnmiş insanlar zəifləyirlər, çünki onların orqanizmi xəstəlik ilə mübarizə aparmaq qabiliyyətini itirir. Son nəticədə onlar ölürlər. HİV.AİDS-in müalicəsi yoxdur.  Ola bilsin ki, 10 il keçsin və yalnız bundan sonra HİV.AİDS özünü göstərsin. Onа görə HİV ilə yoluxmuş şəxs özünü uzun illər çox gümrah və sağlam hiss edə bilər, lakin digərini yoluxdura bilər. Yeni müalicə üsulları belə xəstələrəəyyən qədər sağlam həyatlarını davam etdirməyə kömək edə bilir. Ancaq virus bu insanın bədənində hər zaman qalacaq və o, başqalarını bu xəstəliyə yoluxduracaq.  HİV ilə yoluxma insanın bədəninə HİV ilə yoluxmuş bioloji maye halında daxil olur.

30 нояб. 2011 г.

Qrip virus


Mövsümün dəyişilməsilə əladədar  insanların  səhhətində müəyyən problemlər müşahidə edilir. Xüsusən də  payız-qış mövsümündə bir balaca hava soyuyan kimi çoxları asqırmağa, öskürmə başlayır.. Qrip virusları uşaqdan tutmuş, böyüyə kimi hamıya əziyyət verməkdədir. Hətta bəzi insanlarda ağırlaşmalar müşahidə olunur. Bu infeksiyanın yayılma səbi, ondan qorunma və  müalicə  yolları ilə bağlı mütəssisləmüraciət etmək lazımdır.

18 окт. 2011 г.

18 oktyabr Musteqillik gunu


18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 19 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-dəə başlanan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, uzun-uzadı qızğın müzakirələrdən sonra "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu.

1 окт. 2011 г.

Bakıda ilk beynəlxalq kitab sərgisi keçirildi.


Bakıda çəənbə günü 2-ci beynəlxalq kitab sərgi yarmarkası öz işinə başlayıb. Trend-in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən baş nazirin müavini Elçin Əfəndiyev deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra müxtəlif sərgi yarmarkalar keçirilib, lakin onlardan ən əhəmiyyətlisi kitab sərgi yarmarkasıdır. "Çünki kitab olmasaydı, heç bir nailiyyət əldə etmək olmazdı. Kitab bəşəriyyətin ən böyük kəşfidir", - Əfəndiyev bildirib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki,  kitab sərgi yarmarkasında 25 ölkənin nəşriyyat və poliqrafiya müəssisələri iştirak edib.Nazirin sözlərinə görə, belə yarmarka Bakıda iki ildən bir keçiriləcək, bu isə ölkədə poliqrafiya işinin təkmilləşdirilməsinə və kitabsevərlərin sayının artmasına kömək edəcək.

27 сент. 2011 г.

Ümumdünya dəniz günü

1977-ci ilin noyabrında keçirilmiş Hökumətlərarası Dəniz Təşkilatı Assambleyasının 10-cu sessiyasında qərara alınmış “Ümumdünya Dəniz günü” 1978-ci ildən qeyd olunur. 1980-ci ilə kimi bu gün 17 martda qeyd olunurdu. Hazırki dövrdə isə bu gün sentyabrın axırıncı həftəsi qeyd olunur. Bu günün tarixi hər dövlət üçün həmin ölkənin Beynəlxalq Dəniz Təşkilatının üzvləri tərəfindən təyin olunur. Azərbaycanda isə bu tarix 29 sentyabra təsadüf edir.

18 сент. 2011 г.

18 sentyabr Milli Musiqi Günüdür

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd  olunması qərara alınmışdır.

15 сент. 2011 г.

Bilik Günü


           2004-cü ilə qədər bu gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.

31 июл. 2011 г.

Ramazan Oruc


İlin on iki ayının biri də Ramazan ayıdır.Dinimizə görə mübarək ayıdr.Bu aya srəbr ayı da demək olar.
Ramazan ayı duaların daha çox dəbul edildiyi bir aydır. Oruc tutmaq bir xoşbəxtlikdir.Çünki bunun üçün fiziki və mənəvi gücün olması,sağlamlıq və ayıq baş gərəkdir.Əgər bunlar varsa deməli sağlam insandır,Allaha ibadətini əksiltmirsə deməli Allah ona bu xoşbəxtliyi bəxş edib.
Ramazanın və bu ayda oruc tutmağın fəziləti ilə əlaqədar çox sayda hədislər var. Bunlardan bəzilərini oxuyucularıma çatdırmaq istərdim:

25 июн. 2011 г.

     1918-ci il iyunun 26-da 
Azərbaycan Demokratik Respublika hökümətinin qərarı ilə 
ilk müntəzəm hərbi hissə - əlahiddə korpus yarandı. 
Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunun yaratmasına
hüquqi əsas verdi.
   1991-ci il oktyabrın 9-da Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.
Azərbaycan prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən

26 iyun – Silahlı qüvvələr günü 
elan edilmişdir və hər il azərbaycan xalqı bunu bayram edir.

18 июн. 2011 г.

URA !!!

      Nəhayət, "Elektron Təhsil" müsabiqəsi başa çatdı . Böyük fərəhlə , sevinçlə  xəbər vermək istəyirəm ki,müsabiqənin "Müəllimlərin bloqu" nominasiyasında mənim "Bios-loqos" bloqum qalib gəldi. Bu qələbə təkcə mənim deyil, həm də Bakı Kompüter Kollecinin qələbəsidir.  Odur ki, bu qələbə münasibəti ilə mən bütün kollektivimizi ürəkdən təbrik edirəm. və BKK-ya daha böyük nailiyyətlər arzulayıram.
  Bildiyiniz kimi, iyunun 18-də Təhsil Nazirliyində «Elektron təhsil» Respublika müsabiqəsinin yekununa həsr olunmuş təntənəli mərasim keçirildi. .Mərasimdə çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov  Təhsil Nazirliyi tərəfindən informasiya-kommunikasiya texnologiyaları ilə bağlı silsilə tədbirlərin həyata keçirildiyini qeyd edib və bugünkü mərasimin həmin tədbirlərin ən önəmlilərindən biri olduğunu söylədi və  ayrı-ayrı nominasiyalar üzrə qalib gəlmiş şəxsləri təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı..Müsabiqə qaliblərinə diplom, noutbuk, netbuk və digər xüsusi mükafatlar təqdim olundu.






15 июн. 2011 г.

Azadlıq, müstəqillik bayramı-QURTULUŞ GÜNÜ


İyunun 15-i dünya miqyasında tanınmış siyasi və dövlət xadimi kimi adını tarixə yazmış şəxs olan Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı – Qurtuluş Günü qeyd edilir.  
 Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?
"Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur..."
Məqalənin ardını burada oxuya bilərsiniz. Belə bir gözəl yazıya görə müəllifə öz minnətdarlığımı bildirirəm. 

14 июн. 2011 г.

”İnnovasiya”- bu gün dəbdə olan bir sözdür.

   ”İnnovasiya”- təkcə yeni texnologiya demək deyil, həm də hər kəsin yeniliyi qəbul etməsi, müasir şəraitə uygun yaşamağa hazır olması deməkdir.   Dünyada sürətlə baş verən dəyişikliklər bizdən də sürətli münasibət gözləyir. Müasir müəlllim müxtəlif pedaqoji texnologiyalardan və proqramlardan sərbəst istifadə etməli və bunları tələbənin şəxsiyyətini nəzərə alaraq onun inkişafına, sağlamlığına, tərbiyəsinə yönəltməlidir, şagirdlərə təhsil prosesinin nə olduğunu anlatmalıdır. 
  Təhsilin effektliyi hər zaman müəllimin hazırlıq səviyyəsindən asılı olub. Bu gün də müəllim təhsil prosesinin mərkəzində durur, sadəcə olaraq, İT-nin təhsilə inteqrasiyası müəllimin rolunu yeniləşdirir. Müəllim, nəinki İKT-dən istifadə etməyi bacarmalıdır, həmçinin fənnə uyğun resursları seçməlidir ki, bu resursların da rəngarəngliyi dərsin maraqlı keçməsinə, qarşıya qoyulan məqsədə nail olmağa imkan versin.
Bu barədə hazırladığım təqdimatı diqqətinizə çatdırıram.

Related Posts Plugin for WordPress, Blogger...

Krosword